Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək (FOTOLAR)

Tarix: 25-02-2018 11:49     Baxış: 2252 A- / A+
Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək (FOTOLAR)
Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək (FOTOLAR)

Bir müddət öncə sosial şəbəkələrdə türk əsgərinə dəstək videosu ilə gündəmə gələn Qarabağ qazisi Kamil Musəvi Türkiyənin Gelibolu yarımadasında şəhid məzarlarını ziyarət edib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlər zamanı gözünü və ayağını itirən qazimiz şəhid məzarlarının başında dua edərək Afrindəki mehmetciklərə dəstək olduğunu göstərib.

Daha sonra jurnalistlərə açıqlama verən qəhrəman zabitimiz Afrin əməliyyatı zamanı türk ordusunun və xalqının nə qədər güclü olduğunun bir daha şahidi olduğunu bildirib:

"Mən türk əsgərlərinin vətənini nə qədər çox sevdiyinin şahidi oldum. Türk xalqı yenilməzdir, onu heç kim işğal edə bilməz. Buraları, şəhidləri ziyarət etdiyim zaman bunu anladım. Türk əsgərləri Afrində terrorçulara qarşı vuruşur. Qardaşlarımız orada terrorçuların kökünü kəsmək üçün savaşır".

Çanaqqala şəhidlərini ziyarət etməyi özünə borc bildiyini deyən qazimiz qürur hissi keçirdiyini söyləyib:

"Türk əsgəri bu məmləkətə zərər verən, torpaqlarına soxulmaq istəyən, insanlarını məhv etməyə çalışan terrorçuları sağlam buraxmasın. Hamısını məhv etsinlər. Ölümdən qorxmasınlar. Onsuz da qorxmurlar. Bu şəhid məzarlarının hamısı bunun bariz nümunəsidir. Bu məzarlar türk əsgərinin mərdliyi, müharibəyə ölümünə getdiyinin sübutudur. Mən qardaşlarımın oradan qələbə ilə dönməsini arzulayıram. Məni Afrinə bu gün çağırsalar, müharibəyə gedərəm".

Manevr.az


Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək (FOTOLAR)
Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək (FOTOLAR)
Qarabağ qazisindən Afrindəki Mehmetciyə dəstək (FOTOLAR)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar