Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Baş onkoloqdan etiraz: TÜRK HƏKİMLƏR SƏHV EDİR, o xərçəngdir!

Tarix: 22-02-2018 15:39     Baxış: 31 090 A- / A+
Baş onkoloqdan etiraz: TÜRK HƏKİMLƏR SƏHV EDİR, o xərçəngdir!


"Şəxsən özüm Mahirə Əliağa qızı Allahverdiyevanın diaqnozuna təkrar baxdım. Diaqnozu bir də təsdiq elədik. Xanımdan götürülən və diaqnoz üçün bizə gətirilən biopsion material hazırda bizdədir. İstəyirlərsə, komissiya təşkil edilsin və bir daha yoxlanılsın. Xanıma yanlış diaqnoz qoyulmayıb".


Bu sözləri axar.az-a açıqlamasında Milli Onkologiya Mərkəzinin Baş onkoloqu Azad Kərimli Mahirə Allahverdiyeva adlı pasientin MOM-un həkimi Bahadur Abbasovu ona yanlış diaqnoz qoymaqda ittiham etməsinə münasibət bildirərkən deyib.

Baş onkoloq bildirib ki, burada söhbət xərçəng xəstələrindən getdiyi üçün bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki belə diaqnozlar həmin şəxslərin birbaşa özünə deyilmir.

Allahverdiyevada "səs tellərində xərçəng şişi” diaqnozunun doğru olması haqqında danışan baş onkoloq bildirib ki, xarici ölkələrə üz tutan xərçəng xəstəliyindən əziyyət çəkən vətəndaşların yenidən MOM-a ağırlaşmış formada müraciət etdiyi hallar da olur:

"Mən özüm dəfələrlə Türkiyədə olmuşam. Elə bilirsiniz Türkiyədə tibbin səhvi yoxdur? Türkiyənin özündən, İrandan buraya o qədər ağırlaşmış xəstələrimiz gəlir ki! Mahirə Əliağa qızı Allahverdiyevadan biopsion material Neftçilər Xəstəxanasında götürülüb, bizim laboratoriyaya göndəriblər. Bizim həkim də baxıb, "yastı hüceyrəli xərçəng, başlanğıc mərhələ” diaqnozunu qoyub. Xanımın bəxti gərib ki, başlanğıc mərhələdə bunu bilib. Yəni başlanğıc mərhələdə nə olursa, bu, həmin şəxsin xeyrinədir.

Biz dünən dərc edilən yazıdan sonra həmin preparata bir də baxdıq və diaqnozu bir də təsdiq elədik. Biz öz sözümüzün üstündə dururuq. Həmin xanım bizdə əməliyyat olunmayıb. Biopsion material isə hazırda bizdədir. Biz öz sözümüzdən qaçmırıq. Xanıma yanlış diaqnoz qoyumayıb. Bu analizdə yanlışlıq mümkün deyil”.

Baş onkoloq bu cür həssas məqamlarda jurnalistlərin və medianın daha diqqətli olmasını xahiş edib:

"Biz bütün jurnalistlərdən rica edirik ki, Milli Onkologiya Mərkəzi ilə bağlı hər hansısa material olduğu zaman bizimlə, şəxsən mənimlə aydınlaşdırın, araşdırın. Aydınlaşdırıb, araşdırma apardıqdan sonra dərc edin”.

Qeyd edək ki, Mahirə Allahverdiyeva adlı pasient Milli Onkologiya Mərkəzinin həkimi Bahadur Abbasovu ona səhvən xərçəng diaqnozu qoymaqda ittiham edib. Pasient bildirib ki, Türkiyənin İzmir şəhərində verdiyi analizdə onda xərçəng xəstəliyi aşkarlanmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar