Xəbər lenti
Referendumun nəticələri nə vaxt qüvvəyə minəcək? ...Nələr gözlənilir?
26 sentyabrda keçirilən referendumun nəticələrinə görə seçkidə iştirak edənlərin 92 faizi Konstitusiyaya təklif edilən dəyişikliklərə “hə” deyib. Mərkəzi Seçki Komissiyası (MSK) referendumun baş tutduğunu və nəticələri sentyabrın 27-də elan edib. Lakin hələ ki, referendumun nəticələri, yəni Konstitusiyaya edilən dəyişikliklər rəsmi qüvvəyə minməyib.
Seçki Məcəlləsinin 138.1 və 138.4 maddəsinin tələbinə görə, Referenduma yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə MSK tərəfindən həyata keçirilməlidir. Bu isə o deməkdir ki, nəticələr rəsmi bildiriş kimi ən geci oktyabrın 21-dək elan edilməlidir.
Seçki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə isə referendum yolu ilə qəbul edilmiş qərarın və referendumun yekunları haqqında rəsmi elanın dərc edilməsi səsvermə günündən ən geci 30 gün keçənədək MSK tərəfindən həyata keçirilməlidir. MSK ən geci oktyabrın 26-dək bu tələbi reallaşdırmalıdır. Məhz bundan sonra referendumun nəticələri qüvvəyə minəcək və ölkə yeni dəyişikliklər edilmiş Konstitusiya ilə idarə olunmağa başlayacaq. Əldə etdiyimiz məlumata görə, MSK oktyabrın 6-dan gec olmayaraq yuxarıda qeyd etdiyimiz addımı atacaq və referendumun nəticələri həmin tarixdən qüvvəyə minəcək.
Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə prezidenti Konstitusiyaya əsaslanaraq 1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Hakimiyyət rəsmilərinin, iqtidara yaxın deputatların, bir sıra siyasətçilərin və ekspertlərin indiyə qədər verdiyi açıqlamalarda, proqnozlarda referendumun nəticələrinin qüvvəyə minməsindən sonra ölkədə ciddi dəyişiklərin, islahatların həyata keçiriləcəyi vurğulanır.
Qeyd edilir ki, Konstitusiyaya yeni dəyişikliklər idarəetmənin dəyişməsinə gətirib çıxaracaq. Konstitusiya dəyişikliytinə qədər Azərbaycan prezidenti vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətləri baş nazirə keçirdisə, dəyişiklikdən sonra birinci vitse-prezidentə keçir. Referendumun nəticələri təsdiq olunub qüvvəyə mindikdən sonra islahatlar bütün istiqamətlərdə özünü göstərəcək. Açıqlamalarda və məlumatlarda qeyd edilir ki, bu ilin sonuna kimi ölkə idarəetməsində inqilabi səviyyədə dəyişikliklər, islahatların şahidi ola bilərik. Bildirilir ki, paralelçilik aradan qaldırılacaq, təkrarçılığa son qoyulacaq, təkrar qurumları ləğv olunacaq və ya birləşdiriləcək. Nəticədə isə bir sıra nazirlərin, komitə sədrlərinin vəzifələrini itirməsi ıabüd olacaq. Ölkədə idarəçilik sistemində ciddi dəyişikliklərin olması rayonların idarəçiliyində də yeni mexanizmlərin tətbiq olunmasının da zərurətə çevriləcəyi bildirilir. Bu istiqamətdə islahatların isə bir sıra icra başçılarının kürsülərini itirməsinə səbəb olacağı yayılan xəbərlər sırasındadır.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar