Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ümid Partiyasının QƏRARI: seçkilərdə iştirak etməyəcək

Tarix: 10-02-2018 20:50     Baxış: 2370 A- / A+
Ümid Partiyasının QƏRARI: seçkilərdə iştirak etməyəcək

Fevral ayının 10-da Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.

Partiyadan lent.az-a daxil olan məlumata görə, sessiyada 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət müzakirə olunub. Partiyanın sədri İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibəti ilə bağlı geniş məruzə edib.

İqbal Ağazadə partiyanın prezident seçkilərində namizədiylə iştirakının partiyanın Nizamnaməsinə uyğun olaraq, Qurultayın səlahiyyətində olduğunu vurğulayıb və partiyanın növbəti Qurultayının may ayının 28-də keçirilməsinin bəyan edildiyini nəzərə alaraq, hüquqi baxımdan növbədənkənar Qurultayın keçilməsinin zaman etibarı ilə qeyri-mümkün olduğunu bildirib.

Məruzə və çıxışlarda Ümid Partiyasının aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməməsi təklifi səsləndirilib.

Ali Məclis Ümid Partiyasının prezident seçkilərində iştirak etməməsi haqqında qərar qəbul edib: "Seçkiyə qatılanların da, qatılmayanların da özlərinin arqumentləri var. Hər kəs öz arqumentlərində haqlıdır. Biz seçkilərdə iştirak etməsək də, hər kəsin fikirlərinə, qərarlarına hörmətlə yanaşırıq. Üzvlərimiz isə fikirlərində sərbəsdir. Seçkidə iştirak edib-etməyəcəklərinə, kimə səs verib-verməyəcəklərinə özləri qərar verə bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar