Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Növbədənkənar seçkinin arxasındakı Qarabağ sirri - Bakının planı İrəvanı qorxuya saldı

Tarix: 06-02-2018 13:52     Baxış: 1746 A- / A+
Növbədənkənar seçkinin arxasındakı Qarabağ sirri - Bakının planı İrəvanı qorxuya saldı

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar Ermənistanda çaxnaşmaya səbəb olub.

İrəvan rəsmi Bakının Dağlıq Qarabağın azad olunması istiqamətində yeni addımlar atacağından narahatdır.

Aprelin 9-da Ermənistanda hazırkı prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır. Parlament üsul-idarəsinə keçid edən Ermənistanda əsas söz sahibi olacaq baş nazir də həmin ay seçiləcək, həmçinin, ardınca parlament yeni prezidenti də müəyyən edəcək. Azərbaycanda oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin vaxtının aprelə dəyişdirilməsinin arxasında məhz Dağlıq Qarabağ faktorunun olması ehtimalı var.
Ermənistan hakimiyyətindəki yüksəkvəzifəli mənbə "Kommersant" nəşrinə bildirib ki, Bakının bu addımı İrəvanda narahatlıqla qarşılanır.

"Bu, tezliklə Dağlıq Qarabağda vəziyyətin eskalasiyasının olacağı ehtimalını gücləndirir", - deyə erməni məmur vurğulayıb.

Bakıdakı mənbə nəşrə açıqlamasında bunu İrəvanın uydurması adlandırıb və seçkinin bu məsələlərə heç bir aidiyyətini olmadığını deyib.

Lakin bu, İrəvanın qorxusunun azalmasına səbəb olmayıb. Əksinə, erməni siyasi texnoloq nəşrə bildirib ki, hər iki ölkədə seçkinin eyni vaxtda keçirilməsi Dağlıq Qarabağla bağlı hansısa aralıq razılaşmanın ola biləcəyindən xəbər verir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar