Xəbər lenti
Bir gündə iki jurnalist itkisi... - Əflatun Amaşov
Mətbuat Şurasının sədri Əflatun Amaşov azərbaycanlı jurnalist – Nicat Məlikov və Ülviyyə Məmmədovanın (Şamilqızı) vəfatı ilə əlaqədar başsağlığı verib.
Millət vəkili bu barədə öz "Facebook" səhifəsində məlumat yazıb.
Əflatun Amaşov bildirib ki, jurnalist itkisi həm də cəmiyyətin itkisidir:
"Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur. Jurnalistlər təkcə özləri əbədiyyətə qovuşmurlar, onların ideya və baxışları da bu dünyadan köç edir. O ideya və baxışlar ki, həyata keçməsi cəmiyyətin xeyrinədir. O ideya və baxışlar ki, reallaşması dərdlərə məlhəmdir, mənəvi rahatlıqdır, ruh yüksəkliyidir, yeni gün uğrunda mübarizə əzmi və çağırışıdır.
Bu mənada jurnalist itkisi həm də cəmiyyətin itkisidir. Həqiqətən də çox ağırdır. Bu günlər ağırlığın gətirdiyi dərin üzüntü, məyusluq və sarsıntı hissi bizi tərk etmək bilmir. Nicat Məlikov və Ülviyyə Məmmədova (Şamilqızı) kimi istedadlı həmkarlarımız barədə artıq keçmiş zamanda danışmaq əzabını yaşayırıq. Hər ikisi fəaliyyət tərzləri, yanaşmaları ilə cəmiyyətə, topluma faydalı nələrisə qabartmağa, göstərməyə, təbliğ etməyə can atırdılar, buna müvəffəq olurdular. Bu keyfiyyətlərinə görə tanınır, qəbul edilirdilər.
Uca Tanrıdan onların hər ikisinə rəhmət diləyirəm. Allah doğmalarına, əzizlərinə, doğma nəvazişi və qayğısı ilə yanaşdıqları dostlarına və həmkarlarına səbr versin. Ruhları şad, məkanları cənnət olsun!".
Qeyd edək ki, Nicat Məlikov ürəktutmasından, Ülviyyə Şamilqızı isə Rusiyanın Həştərxan şəhərində avtomobil vurması nəticəsində dünyasını dəyişib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar