Xəbər lenti
Anadan dəhşətli əməl: 4 yaşlı oğluna xlor içirdib öldürdü
Ana 4 yaşlı oğlunu əvvəlcə kəmərlə döyüb, daha sonra isə xlor içirdərək öldürüb.
Rusiyanın Xabarovsk vilayətində yaşayan Olqa adlı qadın 4 yaşlı övladını amansızcasına qətlə yetirib.
Qonşuların sözlərinə görə, qadın uşağa zülm vermək məqsədilə onu paltar dolabının içərisində saxlayırmış. Uşağın saatlarla ağladığını deyən qonşular iddia edir ki, qadın onu zirzəmidə çimdirib daha sonra soyuq havada çılpaq vəziyyətdə çölə çıxardırmış.
Son aylarda daha da amansızlaşan ana uşağı kəmərlə döyüb, xlor içirtdikdən sonra, çaydanla baş nahiyyəsinə ağır zərbə endirərək qətlə yetirib.
Cinayəti gizlətmək məqsədilə uşağı nərdivanlardan aşağı yuvarladan qadın onun ölüm səbəbini gizlətməyə çalışıb.
Polis iddialara aydınlıq gətirmək məqsədilə cəsədi ekspertizaya göndərib. Nəticədə məlum olub ki, uşaq yıxılmaqdan ölməyib.
Cinayətkar ana ifadəsində bildirib ki, uşaq ölmək istəyirdi və "məni döy" deyə yalvarırdı:
"Oğlum mənə deyirdi ki, ana, məni döy. Mən də döyürdüm. O, bunu özü istəyirdi".
Qadın törtədiyi cinayətləri etiraf edib. Məhkəmənin qərarı ilə ona ömürlük həbs cəzası kəsilib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar