Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Stalinin müdafiə naziri etmək istədiyi azərbaycanlı

Tarix: 22-01-2018 08:55     Baxış: 4436 A- / A+
Stalinin müdafiə naziri etmək istədiyi azərbaycanlı


Bu gün Azərbaycanın əfsanəvi generalı, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğum günüdür.

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyan Həzi, buranı bitirdikdən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında tağım komandiri kimi fəaliyyətə başlayıb.

Həzi Aslanov daim II Dünya müharibəsində iştirak etdiyi döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla xatırlanır. O, 1941-ci ilin dekabrında Moskva ətrafındakı döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf edib, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxardıblar. Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

General-mayor H.Aslanov 1944-cü ildə Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna mane olub. Lakin Həzi Aslanova 47 il sonra - 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Onun hərbi bilikləri, təcrübəsi və döyüşü oxumaq qabiliyyəti o qədər yüksək idi ki, deyilənə görə, SSRİ lideri Stalin general Həzi Aslanovun Azərbaycanın Müdafiə naziri təyin olunmasına razılıq veribmiş. Lakin Aslanovun gözlənilməz ölümü bu tarixi olayın həyata keçməsinə mane olub. Bəzi mənbələrdə Həzi Aslanovun erməni generalı İ.Baqramyan tərəfindən öldürüldüyü də yazılır.

Qeyd edək ki, Həzi Aslanov 1945-ci il yanvarın 24-də həlak olub./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar