Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dəhşətli qisas: Ər-arvadın qətlindən sonra...– Azərbaycanda

Tarix: 17-01-2018 19:55     Baxış: 3840 A- / A+
Dəhşətli qisas: Ər-arvadın qətlindən sonra...– Azərbaycanda

Saray qəsəbəsində 1963-cü il təvəllüdlü Muğan Salikov öz həmyerlisi, "Kürd Vüqar" ləqəbi ilə tanınan Vüqar Hüseynovla mübahisə edib.

Onların mübahisəsi "Qatar" restoranında baş verib. Muğan Salikov və onunla birlikdə olan bir neçə nəfər Vüqar Hüseynovu vəhşicəsinə döyüblər.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı komaya düşdükdən sonra ayılmayıb.

Muğan Salikovla Vüqar Hüseynovun arasında əvvəllər də ədavət olub.

Vüqar Hüseynovun qardaşı Fədai Hüseynov 2015-ci ilin iyununda Saray qəsəbəsinin bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənov evlərində qətlə yetirib.

Həmin vaxt hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov da tutulub.

Vüqar Hüseynov ifadəsinin alınması üçün Abşeron rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılıb.

Amma Vüqar və Nuru Hüseynov qardaşlarının bu qətldə iştirak etmədikləri məlum olub. Onlar sərbəst buraxılıblar.

Fədai, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri Vəsilə Əbilhəsənovanın yaxın adamları kimi tanınıblar. Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fədai Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Məlumata görə, Fədai Hüseynovun qardaşının qətlə yetirilməsində bələdiyyə sədri və onun həyat yoldaşının qisasının alınması versiyası irəli sürülür.

Bildirilir ki, Vüqar Hüseynovla Muğan Salikovun arasında ədavət 2015-ci ildə yaranıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar