Xəbər lenti
Fazil Məmmədov 4 bahalı maşınını nazirliyə BAĞIŞLADI
Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə bağışlayıb.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib. Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin "Audi A 8” markalı avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.
Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş "Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir.
Nazirlikdə kadr dəyişikliklərinin də davam edəcəyi bildirilir...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar