Xəbər lenti
İnstitutda qalmaqal: CAMAATA TORBA TİKMƏKLƏ MƏŞĞULSUNUZ (VİDEO)

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədova ilə institutun direktoru Həqiqət Qədirovanın mübahisəsi geniş müzakirəyə səbəb olub.
Manevr.az-ın oxu.az-a istinadən xəbərinə görə, video sosial şəbəkələrdə yayılıb.
"Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə "emdiardı”, "eksdiardı”. Bəlkə, bu sizin "zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, "rifamiçin”ə qarşı həssasdır, digərində - davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm”, - Səbinə Məmmədova deyib.

Bu sözlərdən sonra o, zalı tərk edib.
Qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar