Xəbər lenti
Əkrəmlik Əkrəm Əylislidən TƏHLÜKƏLİ VİRUSDUR...
Barmaqların beşi birləşəndə yumruq, ovuc yarıyacan açılanda əkinçi, tam açılanda dilənçi olur əllərimiz.
Yazı yazan, saz çalan, kərənti tutan, ev tikən, imza edən, izi qalan barmaqlar! Yumruğun da izi qalır:- üstümüzə gələn zorakının sifətində, gözlərinin ətrafında...
Barmaqlar- ifadə azadlığı, yumruq – diktatordu!
Yumruq birlikdi, həmrəylikdi və əsasən xarici təcavüz ( və ya xaricə hücum) nəticəsində, zəlzələ, daşqın, yanğın zamanı zəruri olur.
Sülh vaxtı fikir həmrəyliyi əldə altıncı barmağa bənzər, xalını çalardan, düşüncəni qanaddan məhrum edər - əksəriyyətimizin hər yerə geyindiyimiz qara paltarlar kimi.
Yağı qarşısında məğlubluq simvolu kimi əllər yuxarı qalxırsa yumruqla barmaqların heç bir fərqi qalmır.
Uçan durnalardan kərəm umduğumuz məqamdır. Həmrəylik bizə hava, su kimi gərəklidi və bu günlər Rüstəm Behrudi yazir ki, Əkrəm Əylisliyə nə vaxtsa Bakıda heykəl qoyacaqlar! Olsun, Bakıda heykəllərin gördüyümüz “yan”lar, “kir”ovlar Əkrəmin atılan dırnağına da dəyməzlər, ən azı milli baxımdan. Həm də, söhbət axı Əkrəmin yazıçılığından, Rüstəmin şairliyindən getmir...
Bakıda yazıçıya heykəl qoymaqdan asan heç nə yoxdur, bəlkə Azərbaycan yazıçısına heykəli məsələn, Kəlbəcərdə qoymağa cəhd edək?! Burunları ovulduqdan sonra qapımıza işləməyə gələn ermənilərə də deyərik ki, bu kişi ən əsəbi vaxtlarımızda haqqınızda xoş fikirdə olub, heykəlinə yaxşı qulluq edin.
Biriniz bar ağacından, biriniz dar ağacından yaza-yaza qəlbimizə yol tapdınız. Ancaq, dünyada kor ağacı deyilən bir ağac da var ki, düşmən əlindədir və kimin başına enəcəyi bilinmir...
Acıqca dağlar da gülümsəyib eləmir, mənim dağlarım yas içindədir.
Çiçəkləyən ağaclar hamilə gəlinlər kimi utanmırlar, əsirlikdə olan, yağılardan ölkəmə düşmən doğmaq məcburiyyətində qalan qadınlarımızın ruh halını təsvir etmək gücüm xaricindədir. Bir onu bilirəm ki, mövcud şəraitdə utanmaq mütləqdirsə, nə çiçəkləyən ağaclara, nə də hamilə qadınlara aidiyyatı yoxdur. Heç bir bədiilik, yazıçı piriyomu, mükafat (adı Nobel olsa belə) vətəndaşlıq adının qarşısında duruş gətirə bilmir. Yazıçı müharibənin taleyin həll etmir və istəsə də nəticəyə təsir edə bilməz. Məni ağrıdan odur ki, kitablarını oxuya-oxuya doğmama çevrilmiş yazıçım ən ağır günümdə dərdimə şərik olmadı.
Dar ağacına salam verən şairə ad günündə yazıçılar birliyi quruca bir salamı əsirgədiyindən, həmin şair, həmin qurumla salam-səfanı haqlı olaraq kəsdi.
Özüm, bütün qohum-əqrəbam doğma yurdundan didərgin salınıb, ölən ölüb, qalan da ölməyə davam edir. Yaxın qohumum Dilqəm Əsgərov doğma kəndimizə ziyarətə getdiyi üçün yağı zindanında çürüyür.
Əkrəmçiliyin nəticəsidir ki, Bakının ortasında "uçitel" erməni bayrağını təbliğ edir. Hərbi xidmətdə olmayanın biri qorxaqlığını ört-basdır etməkdən ötrü pivədən içib şəhidlərimizə dil uzatmaq dərəcəsində həyasızlaşıb.
Həmin şəhidlərin, mübarizələrin nəticəsidir ki, ölkəmizin 75% ərazisi işğalda deyil, qalan 25%-i də azad etmək savaşında iştirak etməyə onsuz da boyunuz çatmır. Ermənilər ürəyimizə xəncər saplayanda Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və qeyri vətənpərvərlər Bakının ortasında hayları əzizləməliydilərmi?! Əkrəmlik Əkrəm Əylislidən ona görə təhlükəli virusdur ki, əkrəmçilər üçün heç bir mənəvi və milli barier yoxdur. Əkrəm Əylislinin istedadı və təcrübəsi onlarda yoxdur!
Belələri cavabın almasa, erməniyə qarşı çıxmaq, axına qarşı üzmək qədər çətin olacaq.
Bu barışıq məsələsini kim mənə başa sala bilsə işğalda olan babalarımın qəbri, başlarında ermənilər oturmuş Kür, Araz, Tərtər, Həkəri, Bərgüşad çayları haqqı məndən sülhpərvər adam yoxdur. Hansı sülhdən söhbət gedir?!
Evin tək oğlu əsgər gedirdi, hamımızın “sağ get, salamat qayıt“ arzusuna əsgərin anası kəskin etiraz etdi: - Qayıtmaq nədi, kişisən, get Kəlbəcəri azad elə, gəl bizi də apar!
Segah çalan tar kimi
gəriləcək bu torpaq!
Oğulları öldükcə
diriləcək bu torpaq!
Xəqani Həbiboğlu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar