Xəbər lenti
Azərbaycanda intihar edən 9-cu sinif şagirdinin son istəyi: "Cəbhəni..." –Təfərrüat
Xəbər verdiyimiz kimi iki gün əvvəl Samux rayonunun Alabaşlı kənd sakini, 2001-ci il təvəllüdlü Cəlilov Amil Aydın oğlu özünü yaşadığı evdə asaraq intihar edib. Sonxeber. az Amil Cəlilovla bağlı bəzi məlumatlar əldə edib.
Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, Ami Cəlilovun ailə üzvləri kasıb, sakit insanlardır. Amil 9-cu sinifdə təhsil alırdı, sakittəbiətli uşaq olub, hər-hansı psixoloji problemi olmayıb. Bacısı orta məktəbi bu il bitirib, Gəncədə Tibb Kollecində təhsil alır. Onlar 4- 5 il Rusiyada yaşadıqdan sonra 2013-cü ildə Azərbaycana gəliblər. Atası Cəlilov Aydın Rusiyaya getməzdən əvvəl Gəncədə Dəmiryol Vağzalında stansiya dispetçeri. işləyib. Hazırda işləmir. Ailələrində münaqişə olmayıb. Hadisə axşam baş verib.
Amil Cəlilovun təhsil aldığı Samux rayon Alabaşlı kənd orta məktəbinin direktoru Masibə Məmmədova Sonxeber.az-a açıqlamasında Amilin çox şən, tərbiyəli, sakit uşaq olduğunu məktəb kollektivinin və müəllimlərin onun intiharından şoka düşdüklərini deyib:
"O bizim üçün doğma, əziz uşaq olub. Məktəbdə bir nəfərlə problemi olmayıb, hər kəslə dost idi. İki gündü biz onun ailəsində olduq. Dərslərində davamiyyəti qaydasında idi. O, həyat dolu, sevimli uşaq idi. Amil 29 dekabrda məktəbimizin yolka şənliyində iştirak edib. Yeni il tətilindən qayıdandan sonra dərslərdə hətta dərsdən sonrakı məşğələlərimizdə də iştirak edib.
Dərslərində oxumağa meyilli deyildi, qiymətləri zəif olsa da hamıya kömək etmək istəyirdi. Sərbəst, heç nədən qorxmayan, qəribə uşaq idi. Yaşağdığı ev məktəbin yaxınlığında yerləşdiyindən yanvarın 5-i məktəbə gəlməyəndə evlərinə uşaq göndərdim. Atası dedi Amil evdə yoxdur. Ondan sonra məktəbə gəlmədiyini jurnalda qeyd etdik. İntihar xəbərini eşitdikdən sonra məktəb müəllimləri, şagirdlərlə birgə evlərinə getdik. Valideynləri ah- nalə edirdilər ki, "öz əli özünə düşmən oldu".
Amil həmişə deyirdi "müəllim 9-cu sinifdən çıxıb, əsgərliyə cəbhəni qorumağa gedəcəyəm". Amil qarışqanı belə incidən uşaq deyildi. Bəlkə sevdiyi qız olub. Amma dəqiq bilmirəm . Psixoloqla tez-tez danışırdılar. Ona da sevdiyi qız olması barədə heç nə deməyib. Təhsili ilə bağlı məqsədi yox idi. Yeganə arzusu, 9-cu sinifi bitirib əsgərliyə getmək idi. Onun sinif otağında boş qalmış partasının üzərinə güllər qoymuşuq. Şəklini böyüdüb mıktəbin zirzəmisindən asacağıq".
Qeyd edək ki, 6 yanvar Samux rayonunun Alabaşlı kənd sakini, 2001-ci il təvəllüdlü Cəlilov Amil Aydın oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
Hadisənin baş vermə səbəbi rayon prokurorluğu tərəfindən araşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar