Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

DEPUTATLARIN MAAŞI 800 MANAT ARTIRILIR

Tarix: 08-01-2018 14:42     Baxış: 3803 A- / A+
DEPUTATLARIN MAAŞI 800 MANAT ARTIRILIR


Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırılır.

Manevr.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək.

Bildirilib ki, 2018-ci ildə Milli Məclisin saxlanılma xərcləri 25 milyon 432 min manat təşkil edir.

Ayrılan vəsaitin 68.8 faizini əmək haqqı xərcləri təşkil edəcək. Həmçinin, xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlər üçün də əlavə vəsait ayrılacaq.

"2018-ci ilin dövlət büdcəsi haqqında" Qanunun tətbiq edilməsi barədə fərmana əsasən, bu ildən hər bir deputatın aylıq əmək haqqına 800 manat əlavə olunacaq.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Yəni sıravi deputatın aylıq vəzifə maaşı hazırda 1575 manat təşkil edir. Artımdan sonra bu rəqəm 2375 manat olacaq./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar