Sizin Reklam Burada
Xəbər lenti
17-07-2026
15-07-2026
BÜTÜN XƏBƏRLƏR

ŞOK İDDİA- Mahmud Əhmədinejat HƏBS OLUNDU

Tarix: 07-01-2018 13:58     Baxış: 3505 A- / A+
ŞOK İDDİA- Mahmud Əhmədinejat HƏBS OLUNDU


İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın həbs olunduğu ilə bağlı iddialar yayılıb.

Bu barədə Böyük Britaniyanın paytaxtı Londonda yayımlanan "Al-Quds Al-Arabi" qəzetində məlumat dərc olunub.

Xəbərdə qeyd olunur ki, Tehrandakı etibarlı mənbələrdən əldə olunan məlumata görə, İranın eks-prezidenti xalqı hökumətə qarşı etirazlara təhrik etməkdə ittiham olunur.

Əhmədnejat İranın qərbində yerləşən Buşehr şəhərinə səfəri zamanı çıxışında mövcud liderlərin xalqın narazılıq və problemlərinə biganə yanaşdıqlarını bildirib. İran xalqının Həsən Ruhani rejiminin pis idarəçiliyindən əziyyət çəkdiyini vurğulayan sabiq prezident mövcud idarəçiliyi sərt şəkildə tənqid edib:

"Hazırkı İran liderləri xalqın narazılıqlarına və problemlərinə biganə yanaşırlar. Onların cəmiyyətin həqiqətləri ilə bağlı heç bir fikirləri yoxdur. Ruhani hökuməti bu torpaqların onlara məxsus olduğuna və cəmiyyətin cahil olduğuna inanır".

Qeyd edək ki, aksiyaların 7-ci günündə mətbuata açıqlama verən "Sepah"ın baş komandanı Məhəmməd Əli Cəfəri də etirazçıları hökumətə qarşı qaldıranlar arasında keçmiş siyasətçilərin olduğunu vurğulamış və adını açıqlamasa da yerli mətbuat həmin şəxsin Əhmədnejat olduğuna işarə edildiyini yazmışdı./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar