Xəbər lenti
2-ci kurs tələbəsi özünü Kür çayına atdı

Mingəçevir şəhərində 1 nəfər Kür çayında batıb.
Manevr.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batdığı ehtimal olunur. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.
***
Özünü körpüdən Kür çayına atan gəncin meyiti dalğıclar tərəfindən aşkar edilib.
Aran dalğıc-axtarış qrupunun Kür çayında batan iki günlük axtarışları nəticə verib. Meyit sahilə çıxarılıb.
Özünü çaya atan şəxsin Göygöl rayon sakini Araz Rafiq oğlu Abbasov olduğu müəyyənləşib. O, Mingəçevir Turizm Kollecinin 2-ci kursunda qiyabi təhsil alırmış. Məlumata görə, A.Abbasovun dayısı Mingəçevir şəhərində yaşayır. O, payız imtahan sessiyası üçün Mingəçevirə gəlibmiş və dayısının evində qalırmış.
Hadisənin səbəbləri araşdırılır."report"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar