Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni tarixçi: BİZ TÜRK TÖRƏMƏSİYİK - VİDEO

Tarix: 22-12-2017 16:31     Baxış: 4589 A- / A+
Erməni tarixçi: BİZ TÜRK TÖRƏMƏSİYİK


“Böyük Ermənistan” və “erməni soyqırımını” avropalılar uydurub


İnternetdə Xarkovda yaşayan erməni tarixçi, ictimai xadim və bloqger Fillip Ekozyansın video müraciəti yayılıb və o, erməniləri Osmanlı imperiyasının bir hissəsi sayır.

Fillip Ekozyans həm də “Youtube”da yerləşdirdiyi videoda “erməni soyqırımı”, “Böyük Ermənistan” iddialarının avropalılar tərəfindən ermənilərə sırındığını bildirir.

Ermənistan azərbaycanlılar üçün yol çəkir
Onun çıxışından bəzi hissələri oxuculara təqdim edirik: "Biz hamımız gözəl biliri ki, türklər və ermənilər 400 il ərzində bir ailənin, bir dövlətin - Osmanlı imperiyasının hissəsi olublar. Bu, yaradıcılıq, möhtəşəmlik və vəhdət tarixi idi. Erməniləri Osmanlı imperiyasında sadiq xalq adlandırırdılar və biz təbii ki, buna layiq idik. Hər şey 19-cu əsrin ortalarında bizim həyatımıza britaniyalılar və avropalılar müdaxilə edəndən sonra dəyişdi”.

Onun sözlərinə görə, avropalılar ermənilərə saxta tarix yazmağa başladılar: "Bu saxtalıqların arasında qədim erməni dövlətləri də vardı. Ermənilərin bir hissəsi, əsasən, masonlar, daşnaklar və müxalifətçi ziyalılar bu saxtalıqları real keçmiş kimi qəbul etdilər və qarşılarına Osmanlı imperiyasından ayrılmağı məqsəd qoydular ki, “Böyük Ermənistan” adlı bədii təxəyyül məhsulunu gerçəklikdə həyata keçirsinlər. Amma onların nail olduğu şey türklərdən ayrılmaq, doğma yurdlarından qovulmaq və bizim tam təcridimiz oldu”,- deyə Fillip Ekozyans bildirir.

Fillip Ekozyansın video müraciəti
Qeyd edək ki, 19-cu əsrin ortalarından bu yana erməni alimlər bunun üçün çox “əziyyət çəkiblər”. Məsələn, 150 il qabaq erməni dilini rahatlıqla çüvaş dili səviyyəsində xristian türk ləhcələrinlən biri saymaq olardı. Çünki söz köklərinin əksəriyyəti qədim türk sözləri ilə izah edilirdi, aqlyunativ erməni qramatikası türk qramatikasına çox yaxın idi. Lakin ermənilər saxta sözönləri artıraraq dillərini Hind-Avropa dil ailəsinə yerləşdirdilər.



Ermənistan ön cəbhəyə qadınları göndərir
Sonra tarixi saxtalaşdırlar. Məsələn, Herodot və digər alimlər erməniləri Frigiyadan gəlmiş yarımköçəri mosxların Urartunu ələ keçirdikdən sonra yaratdığı millət sayır. Y xromosom araşdırmaları həmin mosxların elə bozok türkləri olduğunu ortaya çıxarır. Çünki ermənilərdə də Anadolu türkləri və Türkmənistan türkmənləri kimi aparıcı ata geni R1b-dir və türkmənlər kimi 40 faizin ətrafında dəyişir. Lakin ermənilər bunu vurğulayan istənilən alimi düşmən elan edirlər.

Düşmən çıxarılanlardan biri də məşhur erməni dilçisi Hraçya Açaryandır. Açaryan 4-cü əsrdə yunan əlifbası ilə yazılmış erməni mətnlərini oxuyandan sonra onların türkizmlə bol olmasına heyrətini gizlədə bilməmişdi. O, qədim erməni dilinin türk dili olmasını deməsə də türk sözlərinin üstünlük təşkil etdiyini vurğulamışdı. Buna görə də erməni millətçiləri bir neçə il qabaq Hraçya Açaryanın heykəlinin üzərinə qara boya ataraq onu erməni millətinə ləkə saymışdılar./istipress

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar