Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kreditin qalanını dövlət ödəyəcək – Axır ki, borcu olanlara şad xəbər

Tarix: 19-12-2017 10:34     Baxış: 31 152 A- / A+
 Kreditin qalanını dövlət  ödəyəcək –  Axır  ki, borcu olanlara şad xəbər
“Kredit Zəmanət Fondu” ASC-nin 100 milyon manat nizamnamə kapitalı var. Cəmiyyətin əsas məqsədi sahibkarların banklardan götürdüyü kreditlərə zəmanət vermək, onların ödədikləri faizin müəyyən hissəsinin dövlət tərəfindən subsidiya şəklində ödənilməsi, banklarda kredit reytinqlərinin müəyyən edilməsidir”.
Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında deyib. Onun sözlərinə görə, Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası və İdarə Heyəti ASC-nin idarəetmə orqanları olacaq: “Səhmdarların Ümumi Yığıncağı Cəmiyyətin ali idarəetmə orqanıdır. ASC-nin Müşahidə Şurasında bir sıra nazirliklərin və 2 İctimai Birliyin nümayəndələri olacaq”.

Ekspert bildirib ki, ilk olaraq müvəkkil banklar müəyyən ediləcək: “Yəni, hər bank bu Fond ilə işləyə bilməyəcək. Yalnız Fondun müvəkkil kimi qəbul etdiyi banklar işləyəcək. Həmin banklar Fonda birdəfəlik üzvlük haqqı ödəməlidir. Bu, əhəmiyyətli banklar üçün 75 min manat, digər banklar üçün isə 40 min manat müəyyən olunub. Sonra bir sıra xidmətlərə görə də müəyyən haqlar ödəyəcəklər”.

Ə.Həsənov sahibkarların bunun müqabilində nə əldə edəcəyinə də aydınlıq gətirib: “Məsələn, sahibkar bankdan kredit götürmək istəyir, ancaq girovu çatmır. Bu zaman bank Fonda müraciət edəcək ki, Cəmiyyət həmin kreditin bir hissinə görə zəmanət versin. Yəni, sahibkar krediti qaytara bilməyəndə bunun bir hissəsinin banka qaytarılması öhdəliyi dövlətin üzərinə düşəcək”.

“Bir növ dövlət kreditin müəyyən hissəsinə görə bank qarşısında zamin kimi çıxış edəcək. Hazırda sahibkarların əsas problemi kredit götürməyə görə girov təminatının çatmamasıdır. Bununla da Fond sahibkarlara kömək edəcək” — ekspert bildirib.

Onun sözlərinə görə, əlavə olaraq kredit faizinin də bir hissəsini dövlət banka ödəyəcək: “Bununla dövlət kredit faizinin bir hissəsini ödəməklə sahibkara kömək edəcək. Həm də zəmanət verir ki, sahibkar bankdan kredit götürə bilsin. Sahibkar krediti qaytara bilməyəndə bu yükün bir hissəsi Fondun üzərinə düşəcək”.

Həsənovun fikrincə, Fondun işləməsi üçün Mərkəzi Bankın banklara kredit verməsi lazımdır: “Hazırda Mərkəzi Bank banklara verdiyi kreditin həcmini kəskin şəkildə azaldıb. Onsuz da banklar sahibkarlara kredit verə bilmir. Ona görə də bu, lazımdır”.

“Dövlət bütün kreditə görə deyil, kreditin yalnız bir hissəsinə görə zəmanət verəcək. Məsələn, sahibkara 1 milyon manat lazımdır, bank onun girovunu 700-800 min manat qiymətləndirir. Bu zaman Fond yerdə qalan 200-300 minə görə zəmanət verir. Kredit ancaq manatla veriləcək”- deyə müsahibimiz əlavə edib.
 Kreditin qalanını dövlət  ödəyəcək –  Axır  ki, borcu olanlara şad xəbər
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da açıqlamasında Fondun yaradılmasının Azərbaycanda makroiqtisadi proseslərin dayanıqlı inkişafı istiqamətində atılan mühüm addım olduğunu deyib: “Ölkə iqtisadiyyatın ən mühüm struktur problemlərindən biri məhz bank-maliyyə sektoru, bank, kredit resurslarına real sektorun çıxışındakı problemlər ilə bağlı idi. Kommersiya banklarının kredit portfellərinin çox mühüm hissəsi təəssüf ki, qeyri-neft real sektorunun maliyyələşdirilməsinə deyil, bir çox hallarda istehlak kreditləri kimi iqtisadiyyat üçün problemli ola bilən seqmentlərə yönəlmişdi”.

Məmmədovun dediyinə görə, bunun nəticəsində həm problemli kreditlərin sürətlə artımı baş vermiş, həm də istehlak bazarında idxalın xüsusi çəkisinin çox olması baxımından faktiki olaraq banklar istehlak kreditlərin maliyyələşdirilməsində artıma getmişdilər: “Onlar bununla ölkədən valyutanın çıxmasına və xarici istehsalçıların maliyyələşdirilməsinə imkan yaradıblar”.

O bildirib ki, bu addımın atılması ilə qeyri-neft sektorunda fəaliyyət göstərən yerli sahibkarlara kreditlərin verilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər həyata keçiriləcək: “Çünki sahibkarlara subsidiyaların verilməsi nəzərdə tutulub. Təxminən kreditlərin üçdə biri həcmində dövlətin subsidiyaları nəzərdə tutulub. Bunların nəticəsində yerli sahibkarların kredit yükü bir qədər azalacaq”.

Professor onu da qeyd edib ki, tədricən pul-kredit siyasətinin yumşaldılması istiqamətində addımlar atılmalıdır: “Son illər Mərkəzi Bank sərt pul-kredit siyasəti həyata keçirir. Sonuncu iclasında da Mərkəzi Bank uçot dərəcəsinin endirilməsinə getməyib. Bu gün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot dərəcəsi yüksəkdir”.

“Yeni yaradılan Fondun üzərinə ciddi məsuliyyət düşür. Kredit resurslarının məhz real istehsal sektoruna yönəldilməsi istiqamətində Fondun kommersiya bankları ilə birgə məqsədyönlü ardıcıl siyasət aparması tələb olunacaq”.

Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 29-da “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.sputnik

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar