Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Eldar Mahmudov yenidən istintaqda - OĞLUNA GÖRƏ SORĞU- SUAL EDİLDİ /FOTOLAR

Tarix: 15-12-2017 17:41     Baxış: 4326 A- / A+
Eldar Mahmudov yenidən istintaqda - OĞLUNA GÖRƏ SORĞU- SUAL EDİLDİ


Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verib.

Manevr.az "azpolitika”ya istinadən xəbər verir ki, bu dəfə sabiq nazir oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı sorğu-sual edilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.

"Azadlıq” isə məlumat yayıb ki, artıq Akif Çovdarov da Eldar Mahmudovun əleyhinə ifadə verməyə başlayıb. Belə ki, Eldar Mahmudov oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülən 1 milyard dollarla bağlı dindirilərkən, bu əməliyyatların şəffaf olduğunu və razılaşdırıldığını bildirib. Amma bu günkü istintaq prosesində yenilik üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən, bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.

E.Mahmudovun bugünkü istintaqdan çıxarkən çəkilmiş fotolarını təqdim edirik:

Eldar Mahmudov yenidən istintaqda - OĞLUNA GÖRƏ SORĞU- SUAL EDİLDİ
Eldar Mahmudov yenidən istintaqda - OĞLUNA GÖRƏ SORĞU- SUAL EDİLDİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar