Xəbər lenti
Yusif MƏMMƏDƏLİYEV TƏHSİL NAZİRİ TƏYİN EDİLMƏYİB: yayılan məlumat yanlışdı

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edildi. Və təhsil nazirinin vəzifəsinin icrası müvəqqəti olaraq müavin Ceyhun Bayramova tapşırıldı.
Manevr.az xəbər verir ki, ardıcıl olaraq, mediada bu mühüm posta kimin nazir gətirələcəyi barədə sorğular, ekspert rəyləri geniş yer aldı. Müxtəlif şəxslərin adı gündəmə gətirildi. Bir gün sonra isə adı “münəccimlərin” siyahısında olmayan bir nəfərin- Yusif Məmmədəliyevin təhsil naziri təyin edilməsi ilə bağlı mövqe.az saytı “rəsmi məlumat” verdi. Sözügedən xəbər işıq sürətilə ölkə mediasında yayıldı. Bir müddət ortaya sükut çökdü. Ancaq sonradan bu barədə heç bir sərəncamın və rəsmi məlumatın olmadığı üzə çıxdı. Apardığımız araşdırma da artıq bu xəbərin yanlış olduğunu təsdiq etdi. Bu informasiyanın haradan qaynaqlandığı, kimin marağına uyğun gəldiyi isə hələ də sual olaraq cavabını gözləyir. Dəyərli həmkarlar, unutmamalıyıq ki, axı, oxucuya düzgün və dəqiq məlumat vermək həm də bizim peşə prinsipimizdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar