Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bir ağcaqanad üzündən həyatları alt - üst oldu

Tarix: 10-12-2017 18:17     Baxış: 4278 A- / A+
Bir ağcaqanad üzündən həyatları alt - üst oldu
Qadın 30 illik həyat yoldaşı onu unudunca "yıxıldı". Christine və Gary Nevmanın 30 illik mükəmməl bir evliliyi, 3 uşağı və 6 nəvəsi vardı. Bir ağcaqanad sancması xoşbəxt cütlüyün həyatını alt-üst etdi. 59 yaşlı Gary çöldə işləyərkən bir ağcaqanad ordusunun hücumuna məruz qalır.

Əhəmiyyətsiz hesab edib işinə davam edən talehsiz adam evə gedən zaman özünü yaxşı hiss etmədiyini söyləyib. Gecə dəhşət içində oyanan Christine, həyat yoldaşının böhran keçirdiyini fərq edib təcili yardım çağırdı. 4 gün xəstəxanada yatdıqdan sonra beyin iltihabı diaqnozu qoyuldu. 3 həftə də xəstəxanada antibiotik müalicəsi gördü, ancaq yaddaşını tamamilə itirmişdi. Kabusun səbəbi Blandford ağcaqanadı idi. Ağcaqanaddan bulaşan herpes virusu beyin iltihabına səbəb olub. Olduqca nadir görünən beyin iltihabı ildə təxminən 4 min adama təsir edir. Xəstələrdə ümumiyyətlə qripə bənzər simptomlara rast gəlinir, ancaq günlər içində böhranlar, psixoloji dəyişikliklər, şəxsiyyət və davranış dəyişiklikləri görünə bilər. Beyin iltihabını Garyda olduğu kimi bir infeksiya yoluxdura bilər.

Uşaqlar və yaşlıların immuniteti daha zəif olduğu üçün bu xəstəliyə daha tez yoluxur. Xəstəxanaya ilk çatdırıldığını xatırladığını söyləyən Christine, 4 gün içində yaddaşını itirdiyini ifadə edir. Hər gün həyat yoldaşının yanında gözləyən, ona duş qəbul etdirən, tualetə aparan və dişlərini fırçalayan qadın, Gary üçün baxıcıdan çox iş görür. Christine, evə döndüklərində həyat yoldaşına çəngəl-bıçaq tutmaqdan, yazı yazmağa qədər hər şeyi ən başından öyrətdi. Üzərindən 2 il keçməsinə baxmayaraq Gary hələ heç bir şey xatırlamır, ancaq Christine ümidini və həyat yoldaşına olan eşqini itirmir.bizimyol

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar