Xəbər lenti
Saakaşvili həbs olundu: ACLIQ AKSİYASINA BAŞLAYIB

Ukraynanın hüquq-mühafizə orqanları Odessa vilayətinin sabiq qubernatoru, "Yeni qüvvələr hərəkatı"nın rəhbəri Mixeil Saakaşvili Kiyevdə həbs olunub.
Manevr.az xəbər verir ki, bu barədə "UNİAN" Saakaşvilinin tərəfdarı David Sakvarelidze məlumat yayıb. O, Saakaşvilini saxlaraq, Askoldovaya, Ukraynanın Təhlükəsizlik Xidmətinə aparıldığını qeyd edib.
Ukraynanın baş prokuroru Yuri Luçenko da Saakaşvilinin saxlanılması xəbərini təsdiqləyib.
Onun şəxsi əşyalarına baxış və onların üzərində axtarış keçirilib.
Bir müddət sonra Mixeil Saakaşvilinin tərəfdarları siyasətçinin olduğu müvəqqəti saxlanılma təcridxanasına gediblər. Bu səbəbdən Saakaşvilinin saxlanıldığı müvəqqəti saxlama təcridxanasının mühafizəsi gücləndirilib.
Ukraynanın Baş Prokurorluğu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili barəsində ev dustaqlığı həbs tədbirinin seçilməsini tələb edir.
Bu haqda Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan bildirib.
"Prokurorlar məhkəmədən əvvəl Saakaşvili barəsində elektron qolbağın daşınmasıyla ev dustaqlığı tədbirinin seçilməsi ilə bağlı xahiş edəcəklər", - deyə Sarqan "facebook"da yazıb.
O, qeyd edib ki, istintaq hərəkətləri başa çatıb.
Siyasətçinin vəkili isə bildirib ki, Saakaşvili müddətsiz aclıq aksiyasına başlayıb./report
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar