Xəbər lenti
“BİZİMDİ”, dediyimiz torpaqlarda erməni uşaqları məktəbə gedir- KƏLBƏCƏRDƏN ÜRƏKAĞRIDICI VİDEOGÖRÜNTÜLƏR
Biz beləmi olmuşuq həmişə?
Yoxsa indi belə manqurtlaşmışıq? Həqiqətənmi torpaqlarımızı unutduq? Həqiqətənmi olanlarla barışdıq?
30 ilə yaxındı "əşşi, erməni kimdi, erməni bizə nə edə bilər?" deyə-deyə itirdiklərimizin fərqində deyilik, deyəsən. Kimdir dediyimiz erməni 20% torpağımızı işğal edib, cənnət-məkan yurdlarımıza sahiblənib. Və biz burda hər gün qulaqlarımıza oxunan avropa standartlarına uyğun iqtisadi inkişaf, yol infrastrukturu layihələri nağıllarına uyub yuxuladıqca erməni o torpağında məktəb, mehmanxana tikir, bəh-bəhlə açılış edir... Söhbət ulu yurdumuz Kəlbəcərdə tikilib istifadəyə verilmiş məktəb və mehmanxana binasından gedir. Sosial şəbəkələrdə yayımlanan bu ürəkağrıdan faktı yüzlərlə torpaq həsrətlisi görür və sağalmamış yarasının qaysağı yenidən qopur...
“Acından ölürlər, yaşamaq üçün xaricə üz tuturlar” dediyimiz ermənilərdi onlar. Xaricə yox, bizim yaşaya bilmədiyin torpaqlara üz tuturlar. Məktəb, mehmanxana, daha nələr, nələr tikməyə...yaşamağa.
“Mənimdi”, dediyimiz torpaqlarda...
Sevinə-sevinə o məktəbə gedən erməni uşaqlarının yerində Kəlbəcərin təkcə adını eşidən bizim uşaqlarımız olmalı idi. Nə yazıq, nə yazıq... O torpaqlarda doğulan uşaqlar çadırlarda böyüdü, vaqonlarda yaşadı. Əvəzində erməni uşaqları bizim torpaqlarda kef gördü. Şair Sevinc QƏRİB dediyi kimi:
ÜMİDİN GÖYƏRMƏZ ŞORAN TORPAQDA
Sən şoran torpaqda ümidlər göyərt,
Münbit torpağında yağı oynasın.
Sən vaqonda yaşa, qamışdan ev qur,
Sənin xanimanın yad əldə qalsın.
Sən dərdlərə bələn, qəmlərə bükül,
Düşmən at oynatsın sənin obanda.
Ürəyindən göynə, içindən sökül,
Yağı büsat qursun isti yuvanda.
Sən dağlara boylan köksünü ötür,
Ürəyin dağ boyda qubar bağlasın.
Varını, yoxunu, balanı itir,
İçin nalə çəksin, ruhun ağlasın.
Xatirə yolu çək xəyallarına,
Ovundur özünü ölü ümidlə.
Düşmən atəş açsın yuxularına,
Sən vüsal qapını ahla kilidlə.
Sahibsiz, yiyəsiz bir yetim kimi
Ümid bağlayırsan gəlib gedənə.
Bu ağrı, bu əzab ölənə kimi,
Dünya öz işində, səndən kimə nə...
Bu zalım dünyanın yiyəsi Allah,
Mərhəmət əlini çək üstümüzə.
Yazıqdı bu millət, yazıqdı Vallah,
Niyəsə dünyanın qəsdi var bizə.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar