Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Aleksandr Lukaşenko Moskvanı ittiham etdi

Tarix: 21-09-2016 07:56     Baxış: 3514 A- / A+
Aleksandr Lukaşenko Moskvanı ittiham etdi


Belarus və Rusiya arasında ticarət-iqtisadi münasibətlər istənilən səviyyədə olmayıb. APA-nın “BelTA”ya istinadən verdiyi xəbərə görə, bunu ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Aleksandr Lukaşenko çıxışı zamanı Moskvanı Minskə təzyiq göstərməkdə günahlandırıb: “Biz bir neçə aydır qazın qiymətinə dair razılığa gələ bilmirik. Rusiya bu səbəbdən Belarusa neft tədarükünün həcmini azaldıb. Biz bu addımı Belarusa təzyiq kimi qəbul edirik, lakin nə mənim, nə də belorusların bu təzyiqlərə dözmək fikrimiz yoxdur”.

Belarus prezidentinin sözlərinə görə, Rusiyaya tədarükü zamanı Belarusun bəzi mallarına, xüsusən də, Avropa İttifaqının aldığı qida məhsullarına qadağalar tətbiq edilir: “Rusiyada isə onlar nədənsə “keyfiyyətsizdir”. Lakin, aydındır: biz Rusiyaya münasib qiymətlərlə keyfiyyətli mallar tədarük etdikdə, Rusiyanın kənd təsərrüfatı sahəsindəki oliqarxlara ziyan vurmuş oluruq. Onlar hökumətə təzyiq göstərməyə başlayırlar, hökumət isə “Rosselxoznadzor” və digər qurumlardakı məmurlara “fas” əmri verir. Onlar tədarük üçün üç şirkət müəyyən edirlər – sonra beşini bağlayırlar, beşinə icazə verirlər – altısına sonradan qadağa qoyurlar. Açıq-aydın təzyiq göstərilir”, - deyə Lukaşenko qeyd edib.

“Artıq təngə gəlmişik, belə artıq davam edə bilməz. Mənim dediklərim əsla o demək deyil ki, biz inteqrasiya layihələrini “dondurmaq” niyyətindəyik, sadəcə, biz həmin layihələrdə öz iştirakımızı optimallaşdıracağıq. Mən artıq hökumətə və prezident administrasiyasına müvafiq tapşırıqlar vermişəm. Biz hazırda Avrasiya İqtisadi Birlikdə (AİB) öz iştirakımızı diqqətlə təhlil edirik. Əgər belə davam edəcəksə, biz niyə orada çoxlu sayda məmur saxlamalıyıq? Orada - AİB hökuməti adlandırılan qurumda, səhv etmirəmsə, artıq minədək məmurumuz toplaşıb. Nəticəsi nədir? Peşəkar mütəxəssislərimizin Moskvada maliyyələşdirilməsinə nə lüzum var? Biz oraya ən yaxşı mütəxəssislərimizi göndərmişik. Biz onlar üçün burada da iş taparıq. Orada hansısa qərarlar veriləcək, biz isə onlarla razılaşacağıq, amma, əslində, onların demək olar ki, heç biri yoxdur. Nə barədə razılıq əldə olunubsa, hamısı pozulur”, - deyə Lukaşenko bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar