Xəbər lenti
Atatürkün xalçasının sirli şifrəsi: kahin onun ölüm günü və saatını 9 il öncədən bilirmiş -FOTOLAR
Atatürkün ölüm günü və saatı ona 9 il öncə bağışlanan xalçada şifrəli şəkildə qeyd olunub.
"Qaynarinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, 1929-cu ildə bir hind kahin Atatürklə görüşmək üçün müraciət edir. Bu istəyi qəbul edilən kahin liderə əl işi olan bir xalça hədiyyə edir. Sözügedən hədiyyə Atatürkün İstanbulda tez-tez getdiyi Pera Palas hotelindəki 101 nömrəli otağa göndərilir.
Maraqlısı budur ki, kahinin bağışladığı bu hədiyyədə 9 il öncədən liderin ölüm günü və saatı dəqiqliklə, şifrələnmiş şəkildə göstərilibmiş.
Atatürkün ölümündən sonra araşdırılan xalçanın üzərindəki diametri 20 santimetr olan saatda onun ölümünün gerçəkləşdiyi vaxtın (09:07) qeyd olunduğu məlum olub. Bundan başqa xalçada ard-arda sıra ilə düzülmüş 10 kasımpatı (Payızgülü) çiçəyi də yer alıb ki, bu da (Kasım - noyabr ayı) sözügedən çiçəyin noyabra, sayının isə həmin ayın 10-cu gününə işarə edildiyi mənasına gəlir.
Yəni şifrələrin tam açılışı belədir: 10 noyabr saat 09:07 - Atatürkün ölüm vaxtı və saatı.
Kasımpatı çiçəyinin başqa mənaları da var. Belə ki, çiçək payız-qış aylarında açır və adından da məlum olduğu kimi kasım, yəni noyabr ayında partlayır. Bəziləri bunu hüzn və yalnızlığın simvolu hesab edirlər. Çiçəyin yaxşı açması üçün may ayında budanmasına, qulluq edilməsinə ehtiyac var. Maraqlıdır ki, bu da Atatürkün Samsunda çıxışı və Türkiyədəki Milli Qurtuluş Hərəkatının başlanğıcı ilə eyni aya təsadüf edir - 19 May. Sözügedən çiçək (digər adı Krizantem) Fransa, Polşa və Yaponiyada ölümün simvolu hesab edilir. Bu səbəbdən də onu sadəcə dəfn mərasimlərində istifadə edir və qəbristanlıqlarda əkirlər.
Nəhayət ortaya belə bir mənzərə çıxır. Ölümündən 9 il öncə Atatürkə bağışlanan bu xalça təsadüfi bir hədiyyə idi, yoxsa kəhanət?!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar