Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı milyarderin həbsinə qərar verildi

Tarix: 11-11-2017 13:33     Baxış: 5519 A- / A+
Azərbaycanlı milyarderin həbsinə qərar verildi


Məhkəmə Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun həbsi barədə qiyabi qərar çıxarıb.

Manevr.az "Virtualaz"a istinadən xəbər verir ki, o, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib.

Telman İsmayılovun vəkilinin bildirdiyinə görə, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya şikayəti verilib.

Xatırladaq ki, sentyabr ayında İsmayılovun obyektlərində axtarış aparılıb. Mənbələrin bildirdiyinə görə, axtarışlara səbəb iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlləri olub.

"Rosbalt” bildirir ki, Telman İsmayılov 8 sifarişli qətlin həyata keçirdiyi güman edilən qruplaşma ilə əlaqədə şübhəli bilinir. Deyilənə görə, azərbaycanlı iş adamına qarşı ifadəni həmin qruplaşmanın üzvlərindən biri – Harri Belotserkovski verib. Onun sözlərinə əsasən, qrup Moskvanın şimalında yerləşən ticarət mərkəzləri ilə bağlı olan iş adamlarını "aradan götürürmüş”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar