Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Böyük MƏĞLUBİYYƏT, bir həftə sonra QARABAĞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Tarix: 06-11-2017 22:42     Baxış: 41 503 A- / A+
 Böyük MƏĞLUBİYYƏT, bir həftə sonra QARABAĞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ


Türkiyə prezidentinin Rusiya səfərinin tarixi açıqlanıb. Kremlin ideoloqu Türkiyəyə ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı xəbərdarlıq edib. Səudiyyə Ərəbistanında həyata keçirilən həbslər gündəmin əsas mövzularından birinə çevrilib. Rusiya ABŞ-ı növbəti dəfə Koreya böhranını hərbi yolla həll etmək niyyətindən əl çəkməyə çağırıb. Rusiya Donbasda şəxsi heyəti yenidən komplektləşdirir.


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərindən sonra verdiyi “gələn həftə Putinlə görüşəcəm və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəm” açıqlaması münaqişə ətrafında əsas gündəmə çevrilib. Ərdoğanın bu açıqlamanı məhz Bakıdan qayıdandən sonra verməsi onun Prezident İlham Əliyevlə bu məsələni müzakirə etdiyi və Qarabağla bağlı Azərbaycan-Türkiyə planının olduğunu ehtimal etməyə əsas verir.
Prosesin maraqlı olan digər tərəfi Ərdoğanın Moskva səfəri ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyanın da Putinin qəbuluna düşəcəyidir. Sarkisyan 15-16 noyabr tarixlərində Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak edəcək.
Erməni şərhçi Aram Amatuni Putinlə Sarkisyanın kifayət qədər mürəkkəb müzakirələr aparacağını yazıb.

Qarabağ üzrə YENİ SAZİŞ: gələn həftə Ermənistana ÖLÜMCÜL ZƏRBƏ ENDİRİLƏ BİLƏR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya rəsmi səfər edəcək. Bu haqda NTV telekanalı bildirib.
Rusiya prezidenti Vladimir Putinlə Soçi şəhərində keçiriləcək başda Suriya münaqişəsi olmaqla, bir sıra regional məsələlər müzakirə ediləcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə prosesin də müzakirə ediləcəyi gözlənilir. Türkiyə prezidenti Bakı səfərindən sonra verdiyi açıqlamada bildirmişdi ki, Rusiyaya səfəri zamanı Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin Türkiyəyə ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı xəbərdarlıq edib. Duqin Qərbin Türkiyənin zəif yerlərindən istifadə etməyə çalışacağını bildirib.
Onun sözlərinə görə, Ankara İraq işğalından sonra yeni təhlükənin Qərb olduğunu başa düşüb. Rusiyalı filosof qeyd edir ki, Qərb bir çox amili bir araya gətirərək Türkiyəyə qarşı hərəkət edəcək. Duqinin fikincə, etnik qarşıdurmalar yaradıla, siyasi və hərbi elitadan Ərdoğana qarşı istifadə oluna bilər.

“Türkiyə bütöv qalmaq üçün...” - Putinin adamından ŞOK İDDİALAR
Yaxın Şərqdə bir gecədə tarazlığı dəyişdirə biləcək hadisə baş verdi. Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yerinə göz dikə biləcək 11 şahzadə və 39 digər yüksək vəzifəli şəxs həbs olundu.
Həbslərə kral Salman bin Əbdüləziz əs-Səud tərəfindən qurulan və şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi komissiya yaşıl işıq yandırıb. Komissiya qurulduqdan dərhal sonra həbs dalğası başlanıb. Gözlənildiyi kimi, həbs olunanların hamısı müxalif adlar idi. Ən diqqətçəkən adlar isə kral Abdullahın 2-ci oğlu olan və taxtda idda etmə potensialına sahib şahzadə Mutaib bin Abduləziz və şahzadə Turku bin Abdulla oldu.
Beləliklə, vəliəhd şahzadə mümkün bir saray çevrilişi cəhdinin qarşısını alıb. Həmçinin qəfil həbslərin səbəbi kimi şahzadənin 2030-cu il hədəfləri göstərilir.

Tək səbəb 2030-cu il... - SAVAŞ BAŞLADI
Səudiyyə Ərəbistanı Yəməndən edilən ballistik raket hücumlarında İranı ittiham edib. Səudiyyə Ərəbistanı hakimiyyəti Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən raket hücumunu İranın “müharibə elanı” kimi qiymətləndiriləcəyini açıqlayıb.
Bəyanatda bildirilir ki, Yəməndə fəaliyyət göstərən husilərin İranın dəstəyi olmadan belə bir hücum həyata keçirməsi qeyri-mümkündür.
“İranın rolu və husilərə birbaşa əmri qonşu ölkələri hədəf alan açıq bir təcavüzkarlıq hərəkətidir. Bu, regional və qlobal səviyyədə sülh və təhlükəsizliyi təhdid edir. Səudiyyə Ərəbistanı İranın bu mövqeyini müharibə elanı kimi qiymətləndirəcək”, - bəyanatda deyilir.
Xatırladaq ki, ballistik raket hücumu noyabrın 5-də həyata keçirilib.

İrandan MÜHARİBƏ ELANI - İki regional güc ÜZ-ÜZƏ
ABŞ Şimali Koreyanın nüvə silahlanması proqramını tamamilə aradan qaldırmaq məqsədilə bölgəni qurudan işğal edəcək. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

ABŞ Şimali Koreyanı qurudan işğal edəcək – Milyonlarla insan...
“Koreya Xalq Demokratik Respublikasına qarşı müharibə ABŞ üçün çox təhlükəli yoldur”. Bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov deyib.
Ekspertlərin qiymətləndirmələrinə görə, Pxenyan ballistik raketlər üçün 25 nüvə başlığına malikdir və onları Cənubi Koreya və Yaponiyaya qarşı istifadə edəcək. Eyni zamanda, döyüş başlıqlarının gücü də müəyyən edilib - 15-dən 250 kilotona qədər.
Avqustun əvvəlində ABŞ-ın “Bloomberg” nəşri KXDR ilə müharibənin necə görünəcəyinə dair məqalə dərc edib.

“ABŞ üçün çox təhlükəli...” - Mosvadan Trampa MÜHARİBƏ XƏBƏRDARLIĞI
Rus ordusunun Donbasdan çıxarılması buradakı qondarma rejimlərin yox olması demək olacaq. Bunu “Apostrof” saytına müsahibəsində britaniyalı ekspert Endryü Vilson söyləyib.
“Mən başqa məntiqli ssenari görmürəm. Rusiya indi bunu istəmir, çünki bu, Kremlə qarşı inamın tam yox olmasına gətirib çıxaracaq. Hazırda ABŞ-la Rusiya arasında aparılan danışıqlarda ordunun qismən çıxarılması müzakirə edilir. Putin separatçı rejimlərin tam yox olmasını istəmir. Ona görə ki, bu, Rusiyanın böyük məğlubiyyəti olacaq”, – deyə o bildirib.
“Son iki ayda Rusiya Donbasa döyüş sursatları, hərbi texnika və yanar-sürtkü materialların daimi çatdırılmasını həyata keçirir, həmçinin şəxsi heyət yenidən komplektləşdirilir”. Bu haqda “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Ali Radasının üzvü (“Xalq cəbhəsi” fraksiyası) Dmitri Tımçuk bildirib.
Onun sözlərinə görə, böyük problemlər olsa da, ilin sonuna kimi 40 minlik şəxsi heyətin komplektləşdirilməsi qarşıya məqsəd qoyulub. Tımçukun fikrincə, Donbasda bir-birini inkar edən iki proses baş verir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar