Xəbər lenti
Atası o dünyadan qızının toyuna gəldi – "Söz vermişdi" - FOTO

Britaniya vətəndaşının sosial şəbəkədə paylaşdığı foto hamını heyrətləndirib. O, fotosuna ölümdən sonra insan həyatının mövcud olması ilə bağlı rəy bildirib.
33 yaşlı Seyd Merriot Sade Marriott iddia edir ki, atası sözünün üstündə durub. 2003-cü ildə ürək tutmasından dünyasını dəyişsə də söz verdiyi kimi, atası dünyadan qayıdaraq onu kilsədə kəbin mərasiminə özü aparıb.
Qadının paylaşdığı fotoda ilk baxışdan normal görünür. Amma diqqətlə nəzər yetirdikdə qadının dirşəkdən aşağı qolu görsənmir. Halbu ki, 33 yaşlı Sade Marriott əlil deyil. Marriot həmin anda atasının ruhunun onun qolundan yapışdığını iddia edir. Dediyinə görə, o nəinki həmin anda təkcə atasının qoluna toxunduğunu hiss edib, həm də yanında olduğunu bilib və hətta qulağına nəsə pıçıldayıb.
Maraqlıdır ki, atası 14 il qabaq xəstəxanada yatarkən orada ona qulluq edən Kelvin adlı gənc bir tibb işçisiylə tanış olub. Çarəsiz xəstə ata tibb qardaşına zarafatla da olsa, deyib ki, bir gün qızı məhz ona ərə gedəcək. İndi isə Sadeylə evlənən 32 yaşlı kişi gerçəkdən də həmin tibb qardaşıdır.
Kelvin xanımının atasının kəbində iştirakıyla bağlı sözlərinə inansa da, arvadından fərqli olaraq nikah mərasimində özünün də bunu hiss etmədiyini, lakin həmin anda Sadenin çox həyəcanlandığını və rənginin qəfildən dəyişdiyini söyləyib.unikal.org
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar