Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

23 yaşlı gənc 91 yaşlı nənəsinin anası ilə evlənib - "ONU ÇOX SEVİRDİM, BƏXTƏVƏR ƏR-ARVAD İDİK"

Tarix: 02-11-2017 17:33     Baxış: 7708 A- / A+
23 yaşlı gənc 91 yaşlı nənəsinin anası ilə evlənib
Argentinada 23 yaşlı vəkil Maurisio Ossola nənəsinin anası, 91 yaşlı Yolanda Torreslə evlənmişdi.
Manevr.az milli.az-a istinadən bildirir ki, Ossolanın dediyinə görə, ulu nənəsini çox sevirdi və onunla “bəxtəvər ailə həyatı yaşayacağına əmindi”.
Toydan 14 ay sonra Y.Torres sepsisdən vəfat edib.
Yolandanın nəticəsi və həm də dul qalmış əri M.Ossola indi mərhumun təqaüdünü almağa çalışır.
O, iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
“Bu nikah Yolandanın istəyi və arzusu idi. Nikahımız və toyumuz çox sadə keçdi. İndi Yolanda yoxdur və ona çatacaq aylıq təqaüdü də dul qalmış ər qismində mən almalıyam”, – Argentinanın şimal-qərbindəki Salta şəhərində yaşayan M.Ossola deyib.
Maurisionun valideynləri 8 il əvvəl boşananda anası onu Buenos-Ayresdən Saltaya, nənəsigilə aparmışdı.
Şəhərin Tres səmtində anası, qardaşı, nənəsi və nənəsinin anası Yolanda Torreslə yaşamış Maurisionun dediyinə görə, ulu nənəsinə vurulmuşdu, onu sevirdi.
“Onu çox sevirdim. Bəxtəvər ər-arvad idik. Onun vəfatından hələ də özümə gələ bilmişəm. Bu itkinin ağrısı ömrümün sonunadək mənimlə qalacaq”, – M. Ossola deyib.
Onun sözlərinə görə, “Ulita” adlandırdığı Yolanda ilə evlənmək niyyətini açıqlayanda anası və qohumları sinirləniblər, buna etiraz ediblər. Lakin nikaha kimsə mane ola bilməyib.
Maraqlıdır ki, mərhum Y.Torresin qonşuları bu evlilik barədə heç nə bilmirlər.
Qonşuların dedikləri Maurisionu qəzəbləndirib: “Mən o qonşuları, onlar da məni tanımırlar. Belədirsə, şəxsi həyatım barədə nə bilə bilərlər axı?!”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar