Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məmməd Aslanın yeni KİTABI NƏŞR OLUNUB :"Sözün özü" -FOTO

Tarix: 28-10-2017 22:51     Baxış: 4658 A- / A+
Məmməd Aslanın yeni KİTABI NƏŞR OLUNUB
Bu gün Məmməd Aslan imzasını tanımayan şəxslər barmaqla sayılacaq qədər azdır. Onun xoş, həm də xalq ruhuna köklənmiş nitqi, gülümsər, nurani çöhrəsi milyonların yaddaşına həkk olunub. Hər zaman əsl ağsaqqal müdrikliyi, ağırtaxtalılığı, sanbalı ilə seçilirdi. Yaşlılarımız, ulularımız "Məmmədin dilindən bal damır" deyərdilər. Ana dilimizin şirinliyi vardı səsində, sözündə. Belə sənətkar idi Məmməd Aslan.

2015-ci ilin payız mövsümü Məmməd Aslan həyatının da xəzan dövrünə düşdü. Bala bələnmiş sözlər bitdi. Təbiətlə, baharla döyünən qəlb susdu, sükuta qərq oldu. Daha yeni şeir yazmadı, "Sözün özü" səslənmədi Məmməd Aslan dilində.
Bu il, şairin vəfatından iki il sonra onun haqqında, "Sözün özü" haqda Əlövsət Ağalarov danışdı, pozdu araya çökən sükutu. Yaddaşlardan çıxmayan şairi bir daha yada saldı.
Manevr.az olaraq Ə. Ağalarova bir neçə sual ünvanladıq:

-Əlövsət müəllim, kitabda M. Aslanın hansı əsərləri toplanıb?

-Məlumat üçün deyim ki, şairin bir dənə də olsun şeiri nəşrdən kənarda qalmayıb. Həm də o şeirlərin son nəşri şairin ölümündən, 2015-ci ilin 23 sentyabrından bir həftə əvvəl həyata keçirilib. M. Aslan həmin vaxt xəstə olsa da, "Şair səlahiyyəti" adlı bu kitabın nəşr olunmasına sevinmişdi.
İndi təqdim etdiyimiz kitabda isə M. Aslanın televiziyadakı çıxışları toplanıb.

-Kitabın "Ön söz" müəllifi sizsiniz...

-Bəli, redaktoru və "Ön söz" müəllifi mənəm. Doğrusu ona olan mənəvi bağlılığımı bu yolla çatdırmaq istəmişəm oxuculara.

-Neçə nüsxə ilə nəşr olunub?

-1000 nüsxədir. Təbii ki, kitab dekabr ayının 23-də keçiriləcək yubiley və anım günündə oxucuların ixtiyarına veriləcəkdir.

-Kitabın nəşri sizdə hansı hissləri oyatdı? Sizcə, dostunuza olan borcunuzu verə bildinizmi?

- Bilirsiz, həyatdaykən mənə: "mənim haqqımda yazacaqsanmı?" deyə, sual vermişdi. O zaman aramızda kiçik bir dialoq olmuşdu. Lakin getməyə hazırlaşdığımı gördükdə: "mənim haqqımda özün yazarsan" demişdi. Bugün sevinirəm ki, xeyli müddətdir üzərində düşündüyüm və dostumun ərklə mənətapşırdığı işi yerinə yetirə bildim. Bu yolla onun ruhunu şad edə bilmişəmsə, deməli, məndən xoşbəxt adam yoxdur.

-Əlövsət müəllim, gələcəkdə başqa kimlərin kitablarını nəşrə hazırlamaq istərdiz?

-Əlbəttə, fikrimdə tutduğum insanlar var. Lakin bu haqda kitablar çıxanda danışarıq, Nailə xanım. Hələlik bunlar sirr olaraq qalsın.

-Əlövsət müəllim, gördüyünüz iş çox böyük xeyirxahlıq nümunəsidir. Arzu edərdik ki, digər şəxslər də sizin bu işi örnək olaraq qəbul etsin, dünyasını dəyişmiş şair və yazıçıların əsərlərinə "yeni həyat" versinlər. Sizə təmsil etdiyim Manevr.az saytının əməkdaşları və oxucuları adından təşəkkür edirəm.

Nailə Mirzə
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar