Xəbər lenti
Sevgilisi qətl edilən qız özünü öldürdü - Şəmkirdə dəhşət
Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Rayonun Zəyəm qəsəbəsində 1996-cı il təvəllüdlü Ayşən Xəlilova yaşadığı evdə özünü asıb.
Ayşən Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda ölümündə heç kimin günahkar olmadığını qeyd edib.
O, qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyini, məhz buna görə canına qəsd etdiyini bildirib. Ayşən Xəkilovanın intihar etməsi faktı üzrə Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu il oktyabrın 20-də Şəmkir rayonu, Zəyəm qəsəbə sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq öldürüb.
Şəmkir rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən 17 yaşlı Həsrət Xəlilov törətdiyi cinayəti etiraf edib.
İstintaqa ifadə verən Həsrət Xəlilov bildirib ki, bacısını Turalla görüşərkən görüb və bu səbəbdən oğlanı öldürmək qərarına gəlib.
Tural Məmmədovu ürək nahiyəsindən vurduğunu deyən şübhəli şəxs əlavə edib ki, bacısını da öldürmək istəyib. Amma cinayətini həyata çatdıra bilməyib və polis tərəfindən yaxalanıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar