Xəbər lenti
Bacısını öldürdü və 14 il... - Tovuzda

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülməmmədov Ruslan Rafiq oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Manevr.az-ın report-a istinadən məlumatına görə, məhkəmənin hökmü ilə R.Gülməmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin iyun ayının 19-da Tovuz rayonunda, Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti aşkarlanıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, G.Gülməmmədovanı onun qardaşı, Aşağı Quşçu kənd sakini, 1994-cu il təvəllüdlü R.Gülməmmədov bıçaqlayaraq, qətlə yetirib. Faktla bağlı R.Gülməmmədov saxlanılıb.
Onun hadisəni qısqanclıq zəminində törətdiyi məlum olub.
R.Gülməmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























