Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Arvadını qucaqlayan qohumunu qətlə yetirdi -KƏLBƏCƏR SAKİNİ

Tarix: 14-10-2017 17:37     Baxış: 7507 A- / A+
Arvadını qucaqlayan qohumunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Natiq Nurədin oğlu Qəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Qəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, qətl hadisəsi bu il martın 11-də Goranboy rayonunun Qaraçinar kəndində baş verib. Kəlbəcər rayonu, Cəmilli kənd sakini, 1971-cü il təvəllüdlü N.Qəfərov qisas almaq niyyəti ilə Mübariz Kurban oğlu Məmmədovu qətlə yetirib.
Belə ki, gecə saat 23:30 radələrində qonşuluğunda yaşayan və uzaq qohumu olan, əvvəllər həmin evə tez-tez gələn M.Məmmədov orta dərəcəli sərxoşluğu vəziyyətində onun evinə daxil olaraq həyat yoldaşı Nübar Qəfərovanı qucaqlamağa çalışıb və ona intim xarakterli hərəkətlər etməyə cəhd göstərib.
Həmin zaman N.Qəfərov da evdə olub və yataq otağında yatıbmış. Səsə qalxan N.Qəfərov dərhal çarpayının yanında olan taxta kətillə M.Məmmədova yaxınlaşıb və arxadan onun baş nahiyəsinə bir zərbə vurub. Daha sonra sol əli ilə M.Məmmədovun kürək nahiyəsindən hərbi gödəkçəsindən tutub dartaraq yerə yıxıb. Nübar Qəfərova evdən çıxıb həyətə qaçdıqdan sonra N.Qəfərov M.Məmmədovun sifət nahiyəsinə yumruqla bir neçə zərbə endirib. Bir qədər sonra N.Qəfərov evin həyətindən dəmir parçasını götürüb, əlləri ilə onun baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Nəticədə M.Məmmədovu qətlə yetirib.
N.Qəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.azərbaycan24

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar