Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib -FOTOLAR

Tarix: 30-09-2017 17:08     Baxış: 3421 A- / A+
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin və AYB Sumqayıt bölməsinin birgə təşəbbüsü ilə AYB-nin sədri, Xalq yazıçısı Anarın Sumqayıt şəhərində oxucularla görüşü keçirilib.

Görüşdə AYB –nin katibi, yazıçı, jurnalist Rəşad Məcid də iştirak edib. Görüşdən əvvəl qonaqlar yeni inşa edilmiş Heydər Əliyev mərkəzi, 3 saylı uşaq incəsənət məktəbi, Sumqayıt Dövlət Dram Teatrı və yeni salınmış bulvarla tanış olublar.

Daha sonra qonaqlar Əli Kərim adına poeziya evində oxucularla görüşüb. Mədəniyyət işçilərinin və şəhərin ədəbi ictimaiyyətinin qatıldığı görüşü giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açıb. Qonaqları sumqayıtlılar adından salamlayan idarə rəisi bu görüşdən qürur duyduğunu bildirib.

Görüşdə AYB-nin katibi Rəşad Məcid çıxış edərək bildirib ki, Xalq yazıçısı Anar bu gün burada təkcə AYB sədri olaraq deyil, həm də bir ziyalı olaraq iştirak edir. Sumqayıtda böyük hörmət və sevgi ilə qarşılandıqlandıqlarını bildirən AYB katibi bu görüşlərin davamlı olacağını bildirib. 2018-ci ildə Anarın 80 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçiriləcəyini bildirən natiq Sumqayıtda da belə tədbirlərin, görüşlərin keçiriləcəyini diqqətə çatdırıb. AYB katibi Sumqayıt bölməsinin mərhum sədri Sabir Sarvanı anaraq, onun fəaliyyəti ilə bağlı xoş sözlər ifadə edib, bölmənin yeni sədri Gülnarə Cəmaləddinə fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, "Sumqayıt" qəzətinin baş redaktoru Qüdrət Muğanlı, Əli Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslı, AJB Sumqayıt bölməsinin sədri Rafiq Oday, Sumqayıt ədəbi mühitinin nümayəndələri Almaz Sahilə, Rafiq Yusifoğlu, bədiyə ustası Namiq Məna çıxış edib, şeir nümunələri oxuyublar.

Sonda AYB sədri, Xalq yazıçısı Anar çıxış edib. O Sumqayıtda son illər görülən işləri yüksək qiymətləndirib. Sumqayıt ədəbi mühitinə yaradılan şəraitə görə təşəkkürürünü bildirən xalq yazıçısı bunu dəyərləndirməyi və belə bir şeir ocağında yüksək səviyyəli tədbirlərin keçirilnməsinin zəruri olduqunu deyib. O, Sumqayıt ədəbi mühiti haqqında xoş sözlərini ifadə edib, AYB Sumqayıt bölməsinin fəaliyyəti ilə bağlı tövsiyyələrini verib.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirblər.

Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib
Anar Sumqayıtda "Söz bayramı"nda iştirak edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar