Xəbər lenti
Ermənistan hansı rayonları Azərbaycana qaytarır? – Nazir sualı eşidib qəzəbləndi
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycana məhz hansı ərazilərin qaytarılması barədə suallara aydınlıq gətirməyib.
Manevr.az xəbər verir ki, nazirə bu sualla Azadlıq radiosunun Ermənistan xidməti müraciət edib.
Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasında olan təkliflərə bütöv şəkildə baxmağa çağırıb:“Bir sıra sitat və şərhlər konteksdən çıxarılıb.Necə ki, indi bunu siz edirsiz. Çünki siz kiçik bir hissəyə toxunursuz, qalanlardan isə danışmırsız”.
Nalbandyan qeyd edib ki, o, hansısa konkret bir ərazidən danışmayıb, Minsk qrupuna həmsədrlik edən ölkə prezidentlərinin 5 bəyanatında nəzərdə tutulan 3 prinsip və 6 elementdən danışıb.
“Bu element və prinsipləri bir-birindən ayırmaq olmaz, onlar bütöv şəkildədilər. Bunları bir-birindən ayırmaqla nizamlanma mümkün deyil, hansı ki, bunu “Azərbaycan etmək istəyir”, indi isə siz etmək istəyirsiz”,-nazir bildirib.
Nalbandyanın sözlərinə görə, həmin vaxt vurğulayıb ki, vacib məsələ Dağlıq Qarabağın statusu və təhlükəsizliyin təmin edilməsidir. Əgər bu məsələlər həll olunsa qalanları əmələ gələndir.
Qeyd edək ki, Nalbandyan sentyabrın 18-də Yerevanda VI ümumerməni konfransında Dağlıq Qarabağ münaqişəsinin həllindən danışanda belə bir söz işlədib: “Söhbət o ərazilərin qaytarılmasından gedir ki, qaytarılması Dağlıq Qarabağın təhlükəsizliyinə və münaqişənin həllinə heç bir təhlükə törətməyəcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar