Xəbər lenti
Nazir Məhəmməd peyğəmbəri təhqir etdi
Danimarkanın İmmiqrasiya və İnteqrasiya naziri İnqer Stöjberq Məhəmməd peyğəmbərin təhqir edildiyi karikaturanı sosial şəbəkə hesabında paylaşıb.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nazir Viborq şəhərindəki Skovqard Muzeyində təşkil olunan "Reformasiyadan bu yana sənətdə dinə təhqir" adlı sərgidə 2005-ci ildə Danimarkanın "Jyllands Posten" qəzetində yayımlanan "Məhəmməd peyğəmbərin yanına gələn 12 cizgi filmi qəhrəmanı" karikaturasının sərgilənməməsinə görə təəssüf hissi keçirdiyini dilə gətirib:
"Biz Məhəmməd karikaturalarına görə qürur duymalıyıq", - deyə o, sosial şəbəkə hesabında yazıb və Kurt Westergaard tərəfindən çəkilən karikaturanı paylaşıb.
Nazirin bu paylaşımı Danimarkada yaşayan müsəlmanların etirazına səbəb olub. Danimarkanın baş naziri Lark Lösse Rasmussen isə mətbuata açıqlamasında həmkarı ilə eyni fikirdə olmadığını deyib:
"Mən hər hansısa bir karikatura ilə qürur duymuram", - deyə baş nazir bildirib.
Muzey rəhbəri Anne-Mette Villumsen isə Stöjberqin reaksiyasına baxmayaraq sözügedən karikaturanın sərgilənməyəcəyini söyləyib.
Qey edək ki, Danimarkanın "Jyllands Posten" qəzeti 30 sentyabr 2005-ci il tarixdə islam peyğəmbərini təhqir edən karikaturanı yayımlamış və dövrün baş naziri Anders Foğ Rasmussen 11 müsəlman ölkəsinin səfirinin etirazına baxmayaraq, onlarla görüşdən imtina etmişdi. Karikatura ilə bağlı Danimarka hökuməti üzr istəmədiyi üçün İslam dünyasında bu ölkəyə qarşı nümayişlər keçirilmiş, Danimarkanın müsəlman ölkələrindəki səfirlikləri yandırılmışdı. Hadisədən 1 il sonra daha bir Danimarka qəzeti sözügedən karikaturanı dərc etmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar