Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın rayonu icra hakimiyyətindəki bir bölücü…

Tarix: 27-09-2017 14:39     Baxış: 2830 A- / A+
Laçın rayonu icra hakimiyyətindəki bir bölücü…
İraqın rəsmən bölünməsi üçün atılan addım – kürd bölücülərinin referendum adı altında sentyabrın 25-də gerçəkləşdirdiyi tamaşa dünyanın etirazlarına (əslində bəzi ölkələrin gizli dəstəyilə olub) baxmayaraq baş tutmuş elan edilib.

Tarixən Azərbaycana bağlı olan, İraq türkmanları kimi tanıdığımız Türkməneli əhalisi də bu bəladan əziyyət çəkməkdədir. Onlar vətəndaşı olduqları dövlətin – İraqın torpaq bütünlüyündən yanadır, bölücülərə qarşıdır. Elə biz də dünyanın harasında olursa olsun, bölücülüyə qarşıyıq. Çünki bu bəlanın nələrə səbəb olacağını yaxşı bilirik. 30 ilə yaxındır erməni vətəndaşlarımızın təcavüzkar Ermənistan və onun havadarlarının qızışdırmasıyla Azərbaycanın başına gətirdiklərinin acısını yaşayırıq. Bölücülük istənilən ölkə və xalq üçün fəlakətdir. Özü də sadəcə bölünənlər üçün deyil, bölənlərin özləri üçün də.

İraqda kürdlər adına hərəkət edib dövlətin torpaqlarını parçalamaq üçün çalışanlar da eyni şəkildə həm özlərinin mənsub olduqları xalqa, həm də bütövlükdə vətəndaşı olduqları dövlətə xəyanət yolu tutublar. Bu, xəyanətdir! Öz dövlətinə, mənsubu olduğu ölkənin bütün xalqına xəyanət!

İraqdakı referendum avantürası və bölücülük xəyanəti, təbii ki, hər bir normal dövlət kimi Azərbaycan tərəfindən də təqdir edilə bilməz. Rəsmi Bakının siyasəti birmənalıdır: biz dövlət olaraq İraqı BMT-nin tanıdığı sərhədlər çərçivəsində tanıyırıq və bu sərhədlərin dəyişdirilməsini qəbul etmirik.

Rəsmi Bakının mövqeyi biz vətəndaşlar üçün də birmənalıdır. Yəni bundan fərqli düşünmürük. Ölkəmizin bütün vətəndaşları dinindən, dilindən, sosial durumundan və başqa cəhətlərindən asılı olmayaraq bu mövqedədir və olmalıdır da.

Lakin görürük ki, bəzi vətəndaşlarımız fərqli və ziyanlı mövqe sərgiləyir. Hətta İraqda kürd bölücülüyünü açıq dəstəkləyənlər də var. Düzdür, belələri olduqca azdır. Amma bəzən göz deşənləri də yox deyil.

İki gündür sosial mediada Laçın rayon icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyən Fizuli Tanrıverdiyev adlı birisinin söhbəti gedir. Bəlli olur ki, bu adam rəsmi dövlət vəzifəsi tutmağına baxmayaraq İraqdakı kürd bölücülüyünü dəstəkləyir, onun təbliğatını açıq şəkildə aparır. Media təmsilçilərimiz də haqlı olaraq sual edir ki, sən Azərbaycan vətəndaşı və dövlət qulluqçusu olaraq bunu necə edə bilərsən? Suallara cavab verir, daha da dərinə gedir. İddia edir ki, onun kürdlüyünə hücum olunur. Halbuki nə media, nə də hər hansı insanımız bu zatın kürd olmasına bir söz demir. Azərbaycanda belə bir şey ümumiyyətlə mümkün də deyil. Çünki ölkəmiz bir türk ölkəsi olsa da burada istənilən milli-etnik kökənli insan bərabər hüquqlara malikdir və heç kim bu hüquqlara müdaxilə edə bilməz.

Daha aydın şəkildə ifadə edərsək, Azərbaycanda bir türk hansı hüquqlara sahibdirsə, bir kürd, bir talış, bir avar, bir ləzgi və s. də eyni hüquqlara sahibdir. Həm də bu ölkədə heç kimin etnik kökənini gizlətməsinə, buna görə narahat olmasına gərək yoxdur. Şəxsən mənim üçün Vətənimin türk kökənli vətəndaşıyla kürd kökənli vətəndaşı dövlətə sədaqətdə qüsur etmədikcə eyni dərəcədə əzizdir. Bəli, dövlətə sədaqətdə qüsur etmədikcə!

Bu hüquq şöbəsinin Fizuli adlı müdiri də yazdıqlarımızı anlamamış, bilməmiş deyil. Amma göründüyü kimi, bölücülərə dəstək verir. Özü də o bölücülərə ki, onların arxasında həm də Ermənistan dövləti və dünya erməniləri var. Hər kəs bilir ki, Türkiyəyə, Azərbaycana qarşı olan istənilən hərəkatın arxasında mütləq erməni barmağı da var. O erməni ki, Azərbaycan torpaqlarını işğal edib, insanlarımızı yurd-yuvasından qovub. Elə bu Fizuli adlı adamın da nəsil-nəcabəti 25 ildir ermənilərin üzündən gözəlim Laçına – ana yurdlarına gedə bilmir. Belə bir durumda arxasında ermənilərin də olduğu İraqdakı kürd bölücülüyünü dəstəkləməyin adı nədir?

Bu olay bir məsələni də təkrar gündəmə gətirdi. İllərdir müəyyən çevrələrdə deyirəm ki, yerli icra hakimiyyəti orqanlarında siyasi maarifləndirmə işi arzu olunan səviyyədə aparılmır. İcra başçıları və onların yan-yörəsinin ölkədəki siyasətdən çox zaman xəbəri belə olmur. Bu adamlar Prezidentin fəaliyyətini yetərincə izləmir, siyasi dəyərləndirmə və təhlilləri oxumur. Bunu şəxsən özüm də dəfələrlə müşahidə etmişəm, lap elə yeri gələndə icra hakimiyyətlərinin işçilərinə irad da tutmuşam.

Bu icra hakimiyyətlərinin başçıları, örnək üçün, siyasi verilişlərilə daim efirdə olan, siyasi şərhlər verən, ölkə və dünya gündəmini soyuq başla dəyərləndirən əksər ekspertləri tanımırlar. Bunun qarşılığında isə xalq arasında “bozbaş” kimi tanınan verilişlərin qalmaqallı, şivən salan “ekspert”lərinin hamısını tanıyırlar. Özü də çox yaxından. Hətta o adamlarla şəkil çəkdirməyi, bir masa arxasında oturmağı, çay içməyi özlərinə şərəf bilirlər. Ayrıntılarına varmadan deyim ki, bunu şəxsən öz üzərimdə də hiss etmişəm, mənim kimi başlarına belə bir “iş” gəlmiş başqa həmkarlarımdan da eşitmişəm.

Demək istədiyim odur ki, əgər yerli hakimiyyət qurumlarının başçıları və siyasi maarifləndirmə işinə məsul şəxsləri belə yanaşma sərgiləyirsə, təbii ki, onların burnunun ucunda oturub dövlətdən maaş alan hansısa məmur bölücülük də edəcək, hələ bir dövlətin rəsmi siyasətinə zidd bəyanatlar da verəcək. Bu Laçın rayon icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyən və hələ də barəsində tədbir görülməyən Fizuli Tanrıverdiyev kimi…

Belə halların gələcəkdə baş verməməsi üçün çıxış yolu dövlət qurumlarında siyasi maarifləndirmə işini düzgün təşkil etməkdir. Bunu düzgün təşkil edərsək, heç bir məmur belə özbaşınalığa cürət etməz, Azərbaycan dövlətinin rəsmi siyasətinə zidd davranışlar sərgiləməz. Çıxış yolu odur ki, mərhələli şəkildə icra başçılarını Bakıda, yaxud da bölgələr üzrə yaxın ərazilərdə toplayıb onlarla həm Prezident Administrasiyasının müvafiq vəzifəli şəxslərinin, həm də siyasi ekspertlərin görüşləri keçirilsin. Bunu yarım günlük seminarlar şəklində də etmək olar.

O məlum zata gəlincə, Laçın rayon icra hakimiyyətinin hələ də onunla bağlı tədbir görməməsi düşündürücüdür…

Azər HƏSRƏT

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar