Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tən yarısı buzlaşacaq - Telman Zeynalov

Tarix: 22-09-2017 10:23     Baxış: 7441 A- / A+
Azərbaycanın tən yarısı buzlaşacaq
70-80 ildən bir Yer kürəsində iqlim dəyişir.

Bu sözləri teleqraf.com-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, havalar gah isinir, gah da soyuyur:

“Axırıncı buzlaşmadan, yəni 1732-ci ildən sonra 1905-1907-ci ilə kimi havalar isinməyə başlamışdı. İndi də tədricən soyumağa doğru gedir. Təxminən 2030-cu ilə kimi havalar soyuyacaq və Azərbaycanın tən yarısı qədər ərazilərimiz buzlaşacaq. Bu, təbiətin qanunudur. Həmişə belə olub. Afrikada əvvəl necə yaşıllıq idi. İndi isə görürsüz necə səhralaşma gedir. Ömür boyu iqlim dəyişilir. Meliorasiya inkişaf etdikcə, əhalinin sayı artıqca, əhali yaxşı yaşadıqca tullantıların miqdarı çoxalır. Okeanlar, dənizlər çirkləndirilib. Özünü təmizlənmək üçün də qasırğalar tufanlar olur”.

Telman Zeynalov əlavə edib ki, ərazilərimizi, təbiəti çirklənmədən mühafizə etsək, təbiətin şıltaqlıqlarını az görərik:

“1945-ci ildən 1960-cı ilə qədər Azərbaycanda qışda havalar sərin, soyuq keçmişdi. May ayında qar əriyəndə buzlaqlar əriyib çəkiləndə 20-25 meyit tapılırdı. Hamısı da ruslar idi. Hansı ki ezamiyyətə gəlmişdirlər. İçib yerlərində yatıblar, buz üstlərini örtüb. Yəni bu hadisə olub. Biz Bakının, Abşeronun küləklərinə vərdiş etmişik deyə, həmin soyuqlara dözə biləcəyik. Amma ruslar öyrəşməyib deyə, dözə bilməyəcəklər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar