Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sabirabadda faciə –Azyaşlı bacı-qardaş bir ayın içində öldü

Tarix: 21-09-2017 22:21     Baxış: 7306 A- / A+
Sabirabadda faciə
Sabirabad rayonunda 28 günün içərisində azyaşlı bacı və qardaş müəmmalı şəkildə dünyasını dəyişib.
Manevr.az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, hadisə Sabirabadın Həşimxanlı kəndində, Əsədovlar ailəsində baş verib.
Kənd sakini, 3 yaşlı Əlvan Əsədli 1 ay əvvəl qəflətən dünyasını dəyişib. Ailəsi onun ölümünü səhhətindəki problemlə əlaqələndirib.
Lakin 2 gün əvvəl onun bacısı, 5 yaşlı Səma Əsədli də naməlum səbəbdən qəfildən dünyasını dəyişib. Bu isə müəmmaları və şübhələri artırıb.
Uşaq dərhal xəstəxanaya aparılsa da, həkimlər onun keçindiyini bildiriblər.
Azyaşlıların ailəsinin və yaxınlarının sözlərinə görə, Səmanın səhhətində indiyədək heç bir problem olmayıb. Buna görə də hansı səbəbdən ölməsi müəmmalı olaraq qalır. Bu hadisə onun qardaşı Əlvanın da sırf allergiyadan ölməsi ilə bağlı şübhələr yaradıb.
Ölümün səbəbini araşdırmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən nümunələr götürülüb.
Sentyabrın 25-də analizlərin cavabları açıqlanacaq və Səma Əsədlinin hansı səbəbdən dünyasını dəyişdiyi məlum olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar