Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Dörd quldurun qızıl çantasını ələ keçirməsi... – Təfərrüat

Tarix: 15-09-2017 18:54     Baxış: 20409 A- / A+
 Dörd quldurun qızıl çantasını ələ keçirməsi...


Tərtər rayonundə quldurluq etməkdə təqsirli bilinən Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ötən il martın 23-də rayon sakini Ramiz Məmmədov bir qrup şəxsin hüsumuna məruz qalıb.

Onlar zərərçəkmişdən içərisində 74500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə alıblar.

Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulublar.

Məlum olub ki, quldur dostlar qızılları dəyərindən aşağı qiymətə, 34 min manata satıblar. Əldə edilən pul onların arasında bölünüb.

Dostlar özlərinə avtomobil də alıb. Avtomobillərə baxış zaman oradan cinayətdə istifadə edilən əlcəklər, maskalar, bıçaq və digər alətlər, eyni zamanda zinət əşyalarının briliyant qaşlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (quldurluq) maddəsi ilə ittiham ediliblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgiz Paşayev 11 il, İlqar Hümbətov 11 il və Elnur Ağazadə 10 il 6 ay, Cəlil Əmirli 10 il müddətinə azadlıqdan məhrum ediliblər.teleqraf.com

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar