Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLAT

Tarix: 15-09-2017 18:40     Baxış: 30357 A- / A+
 Lənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb
Taleh Qaraşov dənizkənarı torpaq sahələrini satmaq üçün əhaliyə verilmiş pay torpaqlarının sənədlərini belə «saxta» çıxartdırır

Lənkəranda heç kimin ağlına gəlməyəcək qalmaqal yaşanır. Əhali ilə yerli İcra Hakimiyyəti arasında artıq mübahisə münaqişəyə çevrilmək həddindədir. Səbəb isə icra başçısı Taleh Qaraşovun şıdırğı torpaq biznesinə girişməsidir. Lənkəranda hələ 1997-ci ildə əhaliyə verilmiş pay torpaqlarının sənədləri bir-bir «saxta» çıxarılır. Bu işdə Taleh Qaraşova yerli Dövlət Rester Xidməti yardımçı olur. İnsanlar əllərində rəsmi imzalı, möhürlü, ştamplı sənədlərlə müraciət etdikləri qurumlardan şok cavab alırlar. Onlara bildirilir ki, həm imza, həm möhür, həm də ştamp saxtadır və ona görə də, bu torpaqların bölüşdürülməsi yenidən həyata keçirilməlidir.

Sənədləri «saxta» çıxan kəndlərin böyük əksəriyyəti dəniz kənarında yerləşir. Bu isə o deməkdir ki, Lənkəranın icra başçısı gedər ayaqda bütün dənizkənarı torpaq sahələrin ələ keçirərək, onları satmaqla böyük gəlirlər əldə etməyə çalışır. Çünki belə ərazilərdə bir sot torpağın qiyməti təqribən 1000 manatdan başlayır. Bəzi yerlərdə isə qiymət 2000 manata qədər bahalaşır.

İşin ən dəhşətli tərəfi isə odur ki, bəzən sovet dövründə vətəndaşlara verilmiş həyatyanı torpaq sahələri də «etibarsız» sayılaraq, sənədləri «saxta» çıxarılır. Məlumatlara görə, Taleh Qaraşovun tapşırığına əsasən gəlirli torpaq sahələri müəyyənləşdirilir və onların sahiblərinə xəbərdarlıq edilir ki, ərazini boşaltsınlar. Ya da, həqiqi sahibləri yenidən pul verib, həmin torpaq sahələrini ala bilərlər. Gələn xəbərlərdə, vəziyyətin gərginləşməyin istəməyən rayon rəhbəri dostu, pul yığıb paylayanı və köməkçisin qapı-qapı gəzədirdiyi bildirilir.xeberfakt.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar