Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ” "Çelsi"yə böyük hesabla məğlub olub

Tarix: 13-09-2017 08:58     Baxış: 5183 A- / A+
“Qarabağ” "Çelsi"yə böyük hesabla məğlub olub
Azərbaycan çempionu “Qarabağ” dünən növbəti avrokubok matçını keçirib. Manevr.az-ın məlumatına görə, Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.

Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gəlib.

Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutub. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

İngilislərə qarşı bu oyun da uğursuzluqla yadda qalıb. "Ağdamlılar" ilk matçında 0:6 hesablı məğlubiyyətə üzülüb.



Çempionlar Liqası
Qrup mərhələsi
I tur, C qrupu
12 sentyabr

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 6:0
Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)

Baş hakim: Anastasios Sidiropulos
London. “Stemford Bric” stadionu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar