Xəbər lenti
İtkin düşən neftçinin kimliyi bilindi
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus aşan qayıqda itkin düşən şəxsin kimliyi məlum olub.
Bu barədə AzNews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, itkin düşən neftçi Əliyev Musa Əhməd oğludur: “Abşeron Qazma İşləri İdarəsi SOCAR-ın tərkibinə daxil olan Kompleks Qazma İşləri idarəsinin tərkibindədir. Bizə verilən məlumata görə, onun cəsədi hələ tapılmayıb”.
M. Qəhrəmanlı qeyd edib ki, axtarışın hansı qurum tərəfindən aparıldığı açıqlanmayıb: “Ən pisi odur ki, ictimaiyyətə məlumat verilmir. Ölüm də, itkin düşmək də adiləşib. Bu saata kimi yeni məlumat yoxdur”.
Qeyd edək ki, Xəzər dənizində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































