Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi xidmətlə bağlı qanun dəyişdirilir

Tarix: 09-09-2017 17:55     Baxış: 4291 A- / A+
Hərbi xidmətlə bağlı qanun dəyişdirilir
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, qanunun 4.2-ci bəndində qeyd edilib ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə aparılır. Beləliklə də çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc dəyişikliyi şərh edib. Deputat bildirib ki, layihəyə əsasən, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndi ləğv edilir. Əvəzində göstərilən müddət qüvvədə qalmaqla, qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

Z.Oruc Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması ilə bəzi vacib dəyişikliklərin gündəmə gəldiyini qeyd edib.

“Bu qurumlarda kəşfiyyat və əks- kəşfiyyat xidmətinin subyektləri məlumat daşıyıcılarıdır. Onlar xidmətlərini başa vurduqları zaman da yenə də üzərilərində həmin öhdəliklər qalır. Həmin şəxslərin malik olduqları məxfi məlumatları yaymamaq öhdəliyi var. Bu şəxslər həmin qurumlarda fəaliyyəti başa çatdırdıqdan sonra onların adları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin siyahısına düşürdü. Halbuki, bu, müəyyən qədər təhlükə deməkdir. Hazırda ediləcək dəyişikliyə əsasən isə həmin şəxslərin adları xidmət etdikləri qurumların ehtiyat siyahısında qalacaq. Beləliklə, bu, onların gizliliyini təmin edəcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar