Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı milyoner KİV-ə qarşı: 7 mətbu orqan məhkəməyə verildi

Tarix: 05-09-2017 17:06     Baxış: 4218 A- / A+
Azərbaycanlı milyoner KİV-ə qarşı: 7 mətbu orqan məhkəməyə verildi

Azərbaycanlı xeyriyyəçi, milyoner, şair Gülağa Qəmbərov (Tənha) ölkənin bir neçə media qurumuna qarşı məhkəmə iddiası qaldırıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, şair Tənha onun adı keçən məqalələrə görə sayt baş redaktorlarının cəzalandırılmasını istəyib. G.Qəmbərov iddia ərizəsində Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu, Qafqazinfo.az saytının baş redaktoru Elnur Məmmədli, Azpolitika.az saytının baş redaktoru Elnur Məhərrəmli, Veteninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı, Cebhe.info saytının baş redaktoru Elnarə Kərimova, Mediaxeberleri.az saytının baş redaktoru Ələddin Kəsəmənli və Milletinsesi.info MMC-ni cavabdeh şəxs qismində prosesə cəlb edib.

Milyonçu şair adıçəkilən şəxslərdən yarım milyon manat təzminat tələb edib. Bununla yanaşı, adıkeçən yazıların saytdan silinməsi, təkzib verilməsi və üzr istənilməsini cavabdehlərin üzərinə qoyub.

G.Tənhanın iddia ərizəsi avqustun 7-də Yasamal rayon Məhkəməsi tərəfindən geri qaytarılıb və icraata götürülməyib. Milyonçu şair qərardandan şikayət edib və növbəti dəfə onun ərizəsi icraata qəbul edilib. Prosesə hakim Ayaz Məmmədov sədrlik edir, məhkəmə sentyabrın 18-də davam etdiriləcək.

Gülağa Qəmbərovun Qafqazinfo-ya qarşı iddiasına səbəb olan yazı isə onun şikayəti ilə həbs edilən “Real” MTK-nın sahibi və təsisçisi İlham Qasımovun cəzasının Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azaldılması barədədir. G.Qəmbərov İ.Qasımovun ona 19,5 milyon manat “atdığını” iddia edib və Bakı Ağır Cinayətlər Məhkəməsi İ.Qasımova 15 il cəza verib. Yuxarı instansiya məhkəməsi isə bu cəzanı 3 il azaldıb. Xeyriyyəçi, milyoner bu xəbəri özünə təhqir hesab edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar