Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

8-ci sinif şagirdi ehtiyatsızlığın qurbanı olub - Yenilənib

Tarix: 26-08-2017 17:58     Baxış: 4308 A- / A+
8-ci sinif şagirdi ehtiyatsızlığın qurbanı olub

Qax rayonunda 13 yaşlı oğlan intihar edib.

Manevr.az-ın “report”a istinadən məlumatına görə, rayonun Əmbərçay kənd sakini, 13 yaşlı Süleyman Hüseyn oğlu Şəliyev özünü fındıq ağacından asaraq intihar edib.

Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb və həkimlərin müayinəsi nəticəsində səkkizinci sinifdə oxuyan S.Şəliyevin artıq ölməsi məlum olub.

Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi açılıb,araşdırma aparılır.

***

Qaxda intihar edən 13 yaşlı oğlanın ehtiyatsızlığın qurbanı olduğu məlum olub.

Bu barədə Əmbərçay kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, səkkizinci sinif şagirdi Süleyman Şəliyev fındıq bağında üçüncü sinifdə oxuyan bacısına 8 gün öncə kənddə 28 yaşlı Elman adlı şəxsin özünü necə asmasını göstərmək istəyib və “bax, Elman özünü belə asmışdı” deyib.

Bu zaman ip S.Şəliyevin boğazına dolanıb və o, boğularaq ölüb.

Qeyd edək ki,18 avqust tarixində Əmbərçay kəndində 28 yaşlı Elman Camalov yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə özünü asaraq intihar etmişdi.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar