Xəbər lenti
Öz qohumu şantaj edib, 1 il ərzində zorladı - Bakıda iyrənc hadisə
Bakıda qohumunu zorlayan şəxs həbs edilib.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu - Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktı ilə əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 149.1 (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaqla həmçinin, M. Bayramovun çəkdiyi və intim əlaqələrini əks etdirən video və fotoları sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib. M. Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar