Sizin Reklam Burada
Xəbər lenti
28-08-2025
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

Həkimlərin xəstələrə tövsiyəsi - Gündə 4-5 dəfə qucaqlaşın

Tarix: 05-08-2017 09:26     Baxış: 5297 A- / A+
Həkimlərin xəstələrə tövsiyəsi

Çoxları elə düşünür ki, qucaqlaşmaq yalnız daxili hisslərin, mehriban münasibətin, sevgi və istək duyğularının təzahürüdür. Amma hamı üçün xoş olan bu prosesin bilmədiyimiz başqa tərəfləri də var. Alimlərin ciddi və uzun müddətli tədqiqatları sübut edib ki, qucaqlaşmaq bir çox xəstəliklər üçün təbii müalicə vasitəsidir.

Manevr.az modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.

Amerikalı həkimlər öz xəstələrinə tez-tez belə bir resept yazırlar: "Gündə 4-5 dəfədən az olmamaq şərtilə qucaqlaşmaq”. Bizim üçün qeyri-adi görünən bu cür həkim göstərişi nə deməkdir? Qucaqlaşmaq orqanizmə necə təsir göstərir və insan sağlamlığı üçün hansı faydaları var?

1. Qucaqlaşmaq insanın fiziki və psixoloji vəziyyətinin yaxşılaşmasına kömək edir.

2. Bu proses endorfin hormonunu artırır. Xoşbəxtlik hormonu adlandırdığımız endorfin insanın özünü xöşbəxt və sevincli hiss etməsinə səbəb olur, əhvala olduqca müsbət təsir göstərir.

3. Qan təzyiqini aşağı salır, ürək xəstəliklərinə tutulma riskini azaldır.

4. Stressi aradan qaldırır, depressiyaya qarşı mübarizə aparır.

5. Yuxunu normallaşdırır.

6. Orqanizmi vaxtsız qocalma kimi təhlükədən xilas edir.

7. İmmun sistemini gücləndirir.

8. Hemoqlobinin miqdarını artırır.

9. Bədbinliyə qapılmış insanda özünə inam hissini bərpa edir.

10. Sinir sisteminin fəaliyyətini normallaşdırır.

Ən başlıcası isə qucaqlaşmaq insan ovqatına müsbət təsir göstərən xoş emosiyaların mənbəyidir.
Psixoloqlar deyirlər ki, gündə 4 dəfə qucaqlaşmaq yaşamaq üçün, 8 dəfə işlərinin yaxşı getməsi, 12 dəfə isə ömrünü uzatmaq üçün lazımdır.
Belə qənaətə gəlmək olar ki, həkimlərin və psixoloqların məsləhətlərinə əməl edib qucaqlaşmağa vaxt ayırmağa dəyər. Sevdiklərinizi və doğmalarınızı tez-tez qucaqlayın, həm özünüzün, həm də onların ömrünü bu təbii vasitə ilə uzadın.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar