Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda DƏHŞƏT : Hüquqşünas polis qardaşını anasının gözü qarşısında niyə öldürdü?-TƏFƏRRÜAT-YENİLƏNİB-2

Tarix: 04-08-2017 11:09     Baxış: 5274 A- / A+
Bakıda DƏHŞƏT

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda - 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada qardaşın qardaşını bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü Əliyev Əli Murad oğlu cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü ildə anadan olmuş Əliyev Murad Ramazan oğlu isə konq-fu idman növü üzrə peşəkarlaşıbmış.

Bildirilir ki, qardaşı tərəfindən qətlə yetirilən Murad Əliyev Çevik Polis Alayında polis serjantı kimi fəaliyyət göstərirmiş. Hadisəni törədən 27 yaşlı Əli isə bir müddət əvvəl Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Hadisənin baş vermə səbəbinə gəlincə, olay vaxtı evdə onların anası olub. Qardaşlar anaları eyvanda olarkən dalaşmağa başlayıblar. Qadın deyib ki, onlar televizorun pultu üstündəı mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Bu zaman əsəblərinə hakim ola bilməyən Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirərək onu öldürüb. 27 yaşlı oğlan daha sonra evdən qaçıb.


10:22

Bakıda qətl hadisəsi törədilib.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda Əli Əliyev adlı şəxs qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs hüquqşünas, onun öldürdüyü qardaşı isə polis əməkdaşıdır.

Faktla bağlı cinayət işi açılıb.

09:51

Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Manevr.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21, mənzil 5-də baş verib.

Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, daha sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar