Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

- “Tramp əsasən rus qızlarından danışırdı...”

Tarix: 05-08-2016 14:53     Baxış: 3651 A- / A+
-

Amerikadakı prezident seçkiləri kampaniyasında rəqiblərin bir-birinə qarşı istifadə etdiyi əsas kompromat Rusiya ilə yaxınlıq məsələsidir. Bu da təsadüfi deyil-ABŞ-la Rusiya faktiki olaraq yeni soyuq müharibə dövrünə qədəm qoyub. Rusiya az qala NATO ilə birbaşa hərbi toqquşma ərəfəsindədir və alyansın Şərqi Avropadakı üzvləri “rus həmləsini” dəf etmək üçün səngərlər qazırlar.

Və respublikaçıların prezidentliyə namizədi, tikinti maqnatı Donald Trampın Rusiya ilə keçmişdəki və son illərdəki əlaqələri hazırda demokratlar tərəfindən onu gözdən salmaq üçün istifadə edilən əsas arqumentlərdən biridir. Hərçənd ki, Tramp bir-biri ilə ziddiyət təşkil edən bəyanatları, avantürist çıxışları ilə onsuz da tez-tez “baltanı daşa vurur”. Nəticədə onun prezident seçilmək şansları aşağıdır. Son rəy sorğularına görə Tramp Klintondan az qala 10 faiz geri qalır.

-

Xəbər verildiyi kimi Trampın 2013-cü ildə “Dünya Gözəli” müsabiqəsinin finalına qatılmaq üçün Moskvaya səfər etməsi Amerika mətbuatında onun Rusiya ilə şübhəli əlaqələrinə dair çoxsaylı yazıların dərc edilməsinə səbəb olub. Tramp həmin vaxt “Dünya Gözəli” müsabiqəsinin sahibi idi, Moskvadakı müsabiqəni isə azərbaycanlı oliqarx Araz Ağalarovla oğlu Emin Ağalarov təşkil etmişdi. Tramp həm o vaxtkı səfəri, həm sonralar dəfələrlə Putinə şəxsi simpatiyasını büruzə verib. Elə indi də seçki kampaniyası boyu Rusiyanın xoşuna gələn çıxışlar edir.

Amerika mətbuatı Trampın həmin səfər zamanı Putinlə gizlicə görüşüb hansısa sövdələşmə əldə etdiyi haqda yazır. Hərçənd ki, Tramp doğrudan da Putinlə görüşə təşəbbüs göstərib, ancaq görüş baş tutmayıb. Eləcə də Rusiya prezidenti gözəllik müsabiqəsinin final şousunu izləmək barədə təşkilatçıların dəvətini qəbul etməmişdi.

“Novaya qazeta” yazır ki, Putinin o vaxt Trampla görüşmək istəyi doğrudan da olub. Mətbuat katibi Dmitri Peskov bu görüşün vaxtını razılaşdırmalı idi. Lakin Trampın təyyarəsi Moskvaya nəzərdə tutulan vaxtdan xeyli gec enib və həmin vaxt Putinin də qrafiki dəyişib. Nəticədə görüş baş tutmayıb.

“Komsomolskaya Pravda” isə yazır ki, Trampın 2013-cü ildə Moskvaya səfəri zamanı Ağalarovlar onun və müsabiqəyə qatılan gözəllərin şərəfinə böyük ziyafət vermişdilər. Ziyafətdə iştirak edənlərdən biri də jüriyə daxil olan Filip Kirkorov idi. Kirkorov danışır ki, o, Trampla ilk dəfə 1994-cü ildə ABŞ-a qastrol səfəri zamanı görüşüb. İkinci görüşləri isə Moskvadakı həmin ziyafətdə olub.

“Mən həmin ziyafətdə Trampı rəfiqəm, müğənni Ani Lorakla tanış elədim. O, qadın gözəlliyinə böyük dəyər verən biri kimi bütün axşam boyu Ani Lorakla söhbət etdi”-Kirkorov deyib.

Müğəninin dediyinə görə Trampla Ani Lorak əsasən qadınlardan, rus qızlarının gözəlliyindən, həyat haqqında mövzulardan danışırdılar. “Siyasətdən isə demək olar ki, danışılmadı. Donald başa düşür ki, Moskva ilə Vaşinqtonun dostluğu hamının xeyrinədir, ona görə də ölkəmizdə onun çoxlu tərəfdarları var”-Kirokorov deyib.

Virtualaz.org

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar